Rəqəmsal düşüncənin reinteqrasiya proseslərində insan kapitalının formalaşmasında kritik faktor olduğu ortaya çıxır və bu kontekstdə Azərbaycan getdikcə beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etməkdədir.
Xeberler.az məlumat verir ki, bunu Cənubi Rusiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İmran Əkbərov “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda deyib.
"Cəmiyyətin rəqəmsallaşması müasir dünyanın ayrılmaz tərkib hissəsinə çevrilir və Azərbaycan öz iqtisadiyyatının və sosial infrastrukturunun yenilənməsi üçün rəqəmsal texnologiyaların üstünlüklərindən aktiv şəkildə istifadə edir. Rəqəmsal vasitələrə adaptasiya olmaq və onlardan səmərəli istifadə etmək qabiliyyəti ilə əlaqəli rəqəmsal düşüncənin inkişafı ilə Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirir", - İ.Əkbərov deyib.
Onun sözlərinə görə, reinteqrasiya prosesləri bir çox çətinliklərlə üzləşir və rəqəmsal texnologiyaların səmərəli istifadəsi bu proseslərin uğurlu reallaşdırılmasının əsas amilidir.
"Azərbaycan təhsil, səhiyyə, informasiya və reinteqrasiya etməkdə qruplar üçün digər vacib resurslara çıxışın yaxşılaşmasına səbəb olan rəqəmsal vasitə və platformaları aktiv şəkildə tətbiq edir. Rəqəmsal düşüncə təkcə bacarıqlar toplusu deyil, həm də davamlı dəyərlər və rəqəmsal cəmiyyətdə fəal iştirak anlayışını formalaşdıran mədəni fenomendir. Azərbaycan öv vətəndaşları, xüsusən gənclər arasında rəqəmsal düşüncənin inkişafı üçün addımlar atır ki, bu da ölkənin gələcəyi və insan kapitalının yaxşılaşdırılmasına dair ümid verir", - deyə universitetin rektoru deyib.
O əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın rəqəmsal transformasiya və reinteqrasiya sahəsində səylərini qəbul edir və insan kapitalının formalaşması üçün əlverişli şəraitin yaradılması səylərinə görə minnətdarlığını bildirir.
"Azərbaycanda rəqəmsal bacarıqların inkişafı və rəqəmsal təhlükəsizlik haqqında məlumatlılığın artırılması üçün tətbiq olunan innovasiya proqramları xüsusi maraq doğurur. Bununla yanaşı, məktəblərdə, universitetlərdə və ictimai təşkilatlarda rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədbirlər və treninqlər keçirilir. Azərbaycan həmçinin rəqəmsal infrastruktura investisiyalar cəlb edir və rəqəmsal startapların inkişafına təkan verir. Bu, informasiya texnologiyaları, elektron ticarət və rəqəmsal xidmətlər kimi yüksək texnologiya sənayelərinin inkişafı üçün əlverişli şərait yaradır. Bu sahələrin inkişafı iqtisadiyyatın artımına və yeni iş yerlərinin açılmasına səbəb olur ki, bu da insan kapitalının formalaşmasına müsbət təsir göstərir", - İ.Əkbərov deyib.
O, Azərbaycanın bu naliyyətlərin fonunda beynəlxalq tərəfdaş və investorların diqqətini getdikcə daha çox cəlb etdiyini qeyd edib.
"Ölkə rəqəmsal transformasiya və reinteqrasiya sahəsində təcrübə mübadiləsi və əməkdaşlığa şərait yaradan beynəlxalq forum və təşəbbüslərdə aktiv iştirak edir. Bu səylər nəticəsində formalaşmış insan kapitalı Azərbaycanın dayanıqlı inkişafına və vətəndaşların rifahının təmin olunmasına imkan yaratmaqla ölkə üçün dəyərli resursa çevrilir. Rəqəmsal düşüncə və reinteqrasiya prosesləri sahəsindəki uğurlar Azərbaycanı rəqəmsal tərəqqiyə və insan kapitalının möhkəmləndirilməsinə can atan digər ölkələr üçün nümunə edir", - deyə rektor sonda deyib.
Xatırladaq ki, iyunun 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən təşkil edilən konfransda Azərbaycanın nüfuzlu dövlət strukturlarının rəsmi simaları, həmçinin özəl müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna və Makedoniyanın aparıcı universitetlərinin alimləri iştirak edir. (Trend)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri