“Gmail”in 183 milyon istifadəçisinin parolu ələ keçirilib

29-10-2025 / 07:11

“Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında olması barədə xəbərdarlıq edilib.

Xeberler.az “The Independent”ə istinadən məlumat verir ki, 183 milyona yaxın e-poçt hesabı və onlara aid parollar internetdə sızdırılıb. Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və xidmətlərə daxil olmaq imkanı verə bilər.

Hadisə bu ilin aprel ayında baş verib, lakin yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb.

Saytın yaradıcısı Troy Hunt bildirib ki, sızan məlumatlar internetin müxtəlif mənbələrindən toplanaraq daha geniş bir haker hücumunun tərkib hissəsini təşkil edib.

Mütəxəssislər istifadəçilərə dərhal “Gmail” parollarını dəyişməyi və iki mərhələli identifikasiya sistemini aktivləşdirməyi tövsiyə edirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə