Previous Next
Bağla

Azərbaycan layihələrin qlobal reyestrinin yaradılmasının təşəbbüskarı ola bilər

27-06-2019 15:36
Azərbaycan layihələrin qlobal reyestrinin yaradılmasının təşəbbüskarı ola bilər

Xeberler.az bildirir ki, Bu haqda BMT Dövlət xidmətləri forumunun yekunu olaraq Azərbaycan innovasiyaların ixraçı konsorsiumunun Müşahidə Şurasının sədri və SINAM şirkətinin prezidenti Elçin Əliyev bildirmişdir. Forum çərçivəsində yaradılan Assosiasiyaya artıq Azərbaycan, Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və BƏƏ qoşulmuşdur. 

Onun sözlərinə görə, belə reyestrin yaradılması dünyanın istənilən hissəsində yerləşən ölkələrə dövlət-özəl tərəfdaşlığı əsasında yaradılıb uğurla tətbiq edilən layihələri yaxından öyrənməyə şərait yaradacaqdır. 

Faktiki olaraq hər bir hökumət dövlət-özəl tərəfdaşlığı çərçivəsində olan layihələrin tətbqinin üstünlükləri, istifadə edilən texnologiya haqqında məlumat və digər ölkələrin bu istiqamətdə uğurları ilə yaxından tanış olacaqdır. 

Azərbaycanın bu reyestrdə yetərincə təmsil olunacağı şübhəsizdir. Çünki ölkədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər dövlət qurumlarının iştirakı ilə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində müxtəlif mürəkkəb layihələr tətbiq edilmişdir. 

E.Əliyevin bildirdiyinə görə, dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində reallaşdırılan uğurlu layihələrə ASAN Vizanı, Elektron Sənəd Dövriyyəsini, Büdcə təşkilatlarının resurslarının idarə edilməsi sistemini (SERP),  Elektron İmzanı, AzNav Milli Naviqasiya Sistemini və s. aid etmək olar. 

E.Əliyev hesab edir ki, misal üçün bu reyestrdə ASAN Viza elektron viza qeydiyyatı sistemi layihəsinin yerləşdirilməsi, bütün ölkələrə sistemin texnoloji üstünlükləri və turizm sektoruna müsbət təsiri ilə yaxından tanış olmağa imkan verəcəkdir. Bu layihənin Azərbaycanda uğuru ilə tanış olandan sonra ölkələr elektron viza qeydiyyatı sisteminin tətbiqi üçün Azərbaycana müraciət edə bilərlər. Çünki ASAN Viza artıq bir neçə il uğurla tətbiq olunur və beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir. 

Qeyd etmək lazımdır ki, dövlət-özəl tərəfdaşlığı (public private partnership) modeli çərçivəsində dövlət təşkilatları və özəl biznes hər-hansı bir dövlət xidmətinin yaradılmasında tərəfdaş kimi çıxış edir. Bu model çərçivəsində biznes xidmətin yaradılması və dəstəyini öz üzərinə götürür və büdcə vəsaitlərinin qənaəti təmin olunur. Özəl sektor tərəfindən qoyulan investisiyalar xidmətin istifadəsi mərhələsində geri qaytarılır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN Viza beynəlxalq mükafata layiq görülüb

20-12-2018

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019

ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

22-02-2019

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

ASAN xidmət yerli vətəndaşlara da viza verəcək

15-01-2018

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Dövlətin elektron xidmətləri vətəndaşlar üçün daha əlçatan olmalıdır

07-12-2018

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

23-07-2019

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

13-01-2025

ASAN xidmət modeli təqdim olunub

28-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə