Bu həftə Estoniyanın paytaxtı Tallinn şəhərində ilin ən böyük informasiya-kommunikasiya (İKT) tədbiri olan ənənəvi “Estonian ICT Week 2015” keçirilir.
Tədbir çərçivəsində İKT sahəsində çalışan dünyanın müxtəlif yerlərindən olan ekspertlər, dövlət və özəl sektor nümayəndələri fikir mübadiləsi və yeni əlaqələrin yaradılması, eləcə də hökumət və özəl sektorda İKT sahəsində əldə edilmiş ən son nailiyyətlərlə tanış olmaq imkanı əldə edirlər.
Tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti təmsil olunur.
Konfransda iştirak edən "B.EST Solutions" şirkətinin təsisçisi xanım Yana Krimpe "Vətəndaşlara və özəl sektora innovativ xidmətlərin göstərilməsi üzrə ən yaxşı təcrübələr" mövzusunda plenar sessiyada çıxış edərək rəhbərlik etdiyi şirkətin elektron idarəetmə və elektron xidmətlər sahəsi üçün təqdim etdiyi qabaqcıl texnoloji həllərdən söz açıb. O, həmçinin "B.EST Solutions" tərəfindən tətbiq edilən "Asan İmza" mobil elektron imza texnologiyasından danışaraq, şirkətin yaxın gələcəkdə istismara verəcəyi digər innovativ layihələr barədə məlumat verib.
Ümumilikdə, mayın 12-13-də keçirilmiş konfrans çərçivəsində elektron xidmətlərin gələcəyi, Şərq Tərəfdaşlığı ölkələrində elektron idarəetmə modelləri, elektron hökumət kontekstində kibertəhlükəsizlik, şəhərlərdə elektron parkinq infrastrukturunun yaradılması və s. mövzuları əhatə edən altı seminar təşkil edilib. Azərbaycanın öncül “ASAN xidmət” konsepsiyasının və yüksək texnoloji mobil imza xidməti olan “Asan İmza”nın tətbiqi sahəsində təcrübəsi innovativ xidmətlərin yaradılması sahəsində ən yaxşı beynəlxalq təcrübələr sırasında qeyd edilib.
Konfrans ərzində tədbirin təşkilatçıları tərəfindən həmçinin “Azərbaycan – vətəndaşlar üçün effektiv elektron idarəetməni inkişaf etdirərək” adlı informasiya bukleti və “Azərbaycanın ən yaxşı təcrübəsi” adlı veb-resurs (www.azerbaijanbestpractice.com) da iştirakçılara təqdim edilib.
Bu məlumat vasitələrində Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilən islahatlara, vətəndaşlara göstərilən sosialyönümlü xidmətlərə və kibertəhlükəsizlik məsələlərinə dair icmallar və elektron idarəetmə və İKT sahəsi üzrə ölkənin sahib olduğu göstəriciləri əks etdirən məlumatlar əksini tapıb.
Azərbaycanda “ASAN xidmət” şəbəkəsi formatında tətbiq edilmiş innovativ sosial xidmətlərin göstərilməsi modeli tədbirin təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi effektiv elektron idarəetmənin inkişafına görə mükafatla təltif edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri