Azərbaycanda internet istifadəçiləri çoxdur və onlar olduqca fəaldırlar. Buna görə də Azərbaycan ən çox kiberhücumlara məruz qalan ölkələrdən biridir.
Xeberler.az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik Həftəsonu" adlı konfrans çərçivəsində Kasperski Laboratoriya şirkətinin Azərbaycan üzrə nümayəndəsi Müşfiq Məmmədov bildirib.
"Azərbaycan lokal təhlükələrin sayına görə də lider ölkələrin sırasındadır. Hətta adi cihazlardan istifadə edənlər belə bəsit təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün hücumlara məruz qalırlar", - deyə Müşviq Məmmədov qeyd edib.
Kiberhücumların verdiyi maddi zərərlər barədə məlumat verən şirkətin nümayəndəsi misal olaraq bildirib ki, ötən Rusiyada təxmini hesablamalara görə, kiberhücumlardan ümumi şirkətlərin birbaşa itkiləri 1 milyard 800 milyon dollar təşkil edibsə, 1, 2 milyard dollar fəsadların aradan qaldırılmasına xərclənib.
Müşviq Məmmədovun sözlərinə görə, Azərbaycanda dövlət qurumları özəl şirkətlərlə müqayisədə kibertəhlükəsizlik məsələrinə daha çox önəm verir .
Regionda Azərbaycanın lisenziyalı İT həllərin istifadəsinə görə lider olduğunu açıqlayan Müşviq Məmmədov əlavə edib ki, ölkədə Kasperski şirkətinin məhsulları fərdi istifadəçilər bazarında liderdir. Korporativ istifadəçilər bazarında isə lider şirkətlər sırasındadı.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri