“Microsoft”, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə 2021-2022 il üzrə “MIE Expert” proqramının açılışını elan edib. “Microsoft Innovative Educator Expert” - siniflərdə və sinif xaricində texnologiyaları tətbiq etməyi bacaran və bu sahədə təcrübəsi ilə bölüşməyə və öz məktəblərində, proqram iştirakçıları olan məktəblərdə, eləcə də xarici məktəblərdə “Microsoft” texnologiyaları üzrə məsləhətçi olmağa hazır olan insanlar üçün nəzərdə tutulan proqramdır.
“Microsoft” Korporasiyası uzun illər boyunca bütün dünyada, o cümlədən Azərbaycanda illik tədris və məktəb proqramları təşkil edir. Bu proqramlar, qabaqcıl təlim və tədris üsullarını qəbul edərək, məktəblərin tədris sistemini təkmilləşdirmək və tədris nəticələrini yüksəltmək məqsədilə öz məktəblərində və siniflərində yeni tədris üsulları tətbiq edən, təhsil sahəsində fəaliyyət göstərən dünya liderlərinin və maarifçilərinin dəyərləndirilməsinə yönləndirilib.
“MIE Expert” proqramı iştirakçılar üçün aşağıdakı imkanları yaradacaq:
• Sinif daxilində və xaricində, yeni tədris üsulları, texnologiyaları və formaları ilə tanışlıq;
• Tədris üzrə qlobal mütəxəssis pedaqoqlar birliyində üzvlük və təcrübə mübadiləsi;
• “Microsoft” tədbirlərində iştirak;
• Beynəlxalq qruplarda, proqramlarda və layihələrdə iştirak: “Master Teacher”, “Microsoft Fellow”, yeni məhsulların yoxlanması üzrə fokus-qruplar, könüllü hərəkatları;
• Sertifikasiya sahəsində irəliləyiş.
Azərbaycandan proqrama qatılmaq üçün pedaqoqlar (sinif müəllimləri, məktəb rəhbərləri, tədris/təlim üzrə peşəkar mütəxəssislər, təhsil məsləhətçiləri, tədris proqramı üzrə mütəxəssislər, başqa tədris və təhsil proseslərində rolu olan şəxslər nəzərdə tutulur) aşağıdakı link vasitəsi ilə onlayn-ərizə göndərə bilər: https://msedu.eventcore.com/
Qeyd edək ki, Süni İntellektin imkanları sayəsində Azərbaycan dilini tanıyan Microsoft Edge üçün Tərcüməçi – dən istifadə edərək, iştirakçılar ərizə formasını doğma dildə doldura bilərlər.
Nominasiyalar 15 iyul tarixinə qədər təqdim olunmalıdır. Lakin, 8 iyul tarixinə qədər ərizənizi göndərib, birinci mərhələdən keçməyəcəksinizsə, 15 iyul tarixinə qədər təkrar ərizə göndərərək, namizədliyinizi irəli sürə bilərsiniz.
Nominasiya çərçivəsində sizə ünvanlanacaq sualları öncədən yoxlamaq üçün buraya daxil ola bilərsiniz.
MIE mütəxəssisləri, anketdə göstərilmiş cavablar, peşəkar fəaliyyətində innovasiyaların və “Microsoft” tətbiqlərinin istifadə səviyyəsi, eləcə də MİE ekspert proqramında iştirakın gələcək təlim tədris prosesinə təsirinin ətraflı təsviri əsasında regional “Microsoft” təmsilçisi tərəfindən seçiləcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri