Azərbaycan ilə Türkiyə arasında pul baratlarının göndərişi on-line şəbəkəsi vasitəsilə həyata keçiriləcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, Türkiyə Poçtunun nümayəndələrinin aprelin əvvəlində Bakıya səfəri zamanı bununla bağlı tərəflər arasında ilkin razılıq əldə edilib və texniki imkanların bu yeniliyin icrasına imkan verdiyi müəyyənləşib. Əgər on-line rejimində pul baratlarının göndərişi səmərə verərsə, bir müddətdən sonra Azərbaycan Türkiyə üzərindən keçməklə EUROJİRO elektron pulköçürmələri sistemi vasitəsilə pul baratlarının mübadiləsini aparacaq.
Məlumat üçün bildirək ki,Türkiyə ilə Azərbaycan arasında pul baratlarının mübadiləsi 2004-cü ildən faksla həyata keçirilir. Ancaq bu xidmətin keyfiyyəti yüksək olmadığı üçün iki ölkə arasında pul baratlarının göndərişinin həcmi böyük deyil. Göndərişlərin on-line rejimində həyata keçirilməsindən sonra mübadilənin həcminin artacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan ölkə daxilində 2002-ci ildən elektron pul köçürmələri aparır. 2004-cü ildən STEFİ beynəlxalq pul köçürmələri sisteminə qoşulandan sonra Azərbaycan beynəlxalq elektron pul köçürmələri də həyata keçirir. Hazırda Azərbaycan STEFİ beynəlxalq pulköçürmə sistemi əsasında 7 ölkə ilə pul baratlarının mübadiləsini kompüterlə, Türkiyə ilə faksla, İranla isə poçtla həyata keçirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri