Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

02-09-2023 / 09:24

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.

Xeberler.az məlumat verir ki, bu barədə “Global Research and Analysis Team” (GreAT) şirkətinin departament rəhbəri Dmitri Qalov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber ​​Knowledge Day) həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, daha çox kiberhücum "Minecraft" oyunu üzrə gizli reklamlardan olur: "İkinci yerdə iş elanlarına aid tətbiqlər, üçüncü yerdə isə mesencerlərin "Casus" proqramları qərarlaşıb".

D.Qalov qeyd edib ki, Azərbaycanda adi istifadəçilərin 32 %-i lokal təhlükələrlə üzləşib.

"Korporativ istifadəçilərin 24 %-i yerli təhlükələrə məruz qalıb. Korporativ istifadəçilərin 17 %-i internet təhlükələri ilə qarşılaşıb, 17 %-i isə e-poçt spamının payına düşür. İstifadəçilərin fişinq səhifələrinə keçməsi üçün 534 min cəhd edilib. Mobil cihazlara 224 min hücum olunub", - deyə o əlavə edib. (Report) 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə