Previous Next
Bağla

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021 11:16
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Kaspersky-nin məlumatına görə* 2020-ci ildə Azərbaycandakı ev istifadəçilərinin 44%-i, korporativ istifadəçilərin isə 35%-i lokal təhdidlərlə (yəni kompüterlərdə və ya onlara qoşulub çıxarıla bilən daşıyıcılarda – USB fleş və yaddaş kartlarında, xarici sərt disklərdə və s. aşkarlanan təhdidlər) qarşılaşıblar. Ev istifadəçilərinin 11%-i və
korporativ istifadəçilərin 7%-i internetdə yoluxma riskinə məruz qalıb. 2020-ci ildə  bank troyanları Azərbaycan istifadəçilərinə nisbətən daha tez-tez hücumlar etməyə başlayıb.

Kaspersky həlləri il ərzində fişinq saytlarına təxminən 495.000 giriş cəhdinin qarşısını alıb. Bu mənbələrin təxminən beşdə biri skam olub. Bu termin təcavüzkarların istifadəçini pul mükafatı vədi ilə saxta səhifəyə cəlb etdiyi reklamları ehtiva edir.Təklifin real görünməsi üçün saxta ödənişlərin miqdarı şişirdilmir. Şəxs sorğunun və ya anketin bütün mərhələlərini keçdikdə, ondan "sabit ödəniş" istənilir. Nəticədə isə o, heç bir pul almır və ödənilən “komissiya” təcavüzkarların cibinə gedir.

“Lokal təhdidlər hələ də ümumi mənzərənin əhəmiyyətli bir hissəsini tutur. Ötən il Azərbaycanda ev istifadəçilərinin demək olar ki, yarısı və korporativ istifadəçilərin üçdə birindən çoxu onlarla qarşılaşıb. Bu, çox vaxt rəqəmsal savadlılığın aşağı olmasından qaynaqlanır. Bu səbəbdən də kiber təhdidlər barədə məlumatlandırma ehtiyacının həm korporativ işçilər, həm də ev istifadəçiləri üçün aktual olduğuna inanırıq. Lazımi bacarıqları inkişaf etdirmək üçün praktiki tapşırıqlara yönələn təlimlər müəssisənin informasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə biləcək bir tədbirdir,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber təhdidlərdən qorunmaq üçün Kaspersky aşağıdakı qaydalara əməl etməyi  tövsiyə edir:

1. məktublar, messencer mesajları və ya SMS-lərdəki şübhəli inklərə keçid etməmək;

2. əməliyyat sistemi və tətbiqlər üçün müntəzəm qaydada yenilənmələr yükləmək;

3. tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırmaq;

4. hesablar üçün çətin və mürəkkəb şifrələrdən istifadə etmək;

5. vacib məlumatları müntəzəm olaraq öz cihazından buluda, USB fleş karta və ya
sərt diskə köçürmək;

6. tətbiqlərə lazımsız funskiyalara giriş imkanı verməmək;

7. Kaspersky Internet Security kimi etibarlı qoruma həlli yükləmək.

Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artırmaq üçün, onlara təlimlər keçməsi tövsiyə olunur. Məsələn, avtomatlaşdırılmış platforma Kaspersky ASAP platforması təhlükəsiz davranış bacarıqlarının inkişafına və davamlı vərdişlərin formalaşmasına kömək edir. Bu həll, bir işçinin kiber təhlükəsizlik sahəsindəki mövcud biliklərini qiymətləndirməyə, buna əsasən, onun məhz iş vəzifələri və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar dəstini təyin etməyə və müvafiq proqramı keçmək üçün bir cədvəl qurmağa imkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

30-07-2021

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə