Azercell-in dəstəyi ilə “FIRST Robotics Competition” müsabiqəsində iştirak edən gənclər mükafatlandırıldı (VİDEO)

28-07-2023 / 15:05

Lider mobil operator gənc robototexniklərimizin sertifikasiya mərasimində iştirak edib

Azercell-in dəstəyi ilə “FIRST Robotics Competition” (FRC) müsabiqəsində Azərbaycanı təmsil edən MecHack #9030 komandasının mükafatlandırma mərasimi keçirilib. Xatırladaq ki, Azercell-in dəstəyi və “Train Brain” mərkəzinin təşkilatçılığı ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılıblar və mükafata layiq görülüblər. Belə ki, MeckHack #9030 adı altında 22 gənc “FIRST Robotics Competition” (FRC) müsabiqəsi üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə nümayiş etdirib. Elə ilk cəhddən finala yüksələn komandamız Hyuston şəhərində keçirilən çempionluq oyununda təqdim etdiyi sosial layihələrə görə vətənə xüsusi “Rookie Inspiration” mükafatı ilə dönüb.

Təntənəli tədbirdə iştirak edən gənc robototexniklər “Train Brain” mərkəzi və Azercell tərəfindən xüsusi sertifikatlarla təltif olunublar. Lider mobil operatorun nümayəndələri gənc robototexnikləri beynəlxalq uğur münasibətilə təbrik edib, komandamıza informasiya texnologiyaları və robototexnika sahəsindəki təhsillərində yeni nailliyətlər arzulayıblar. Eyni zamanda, tədbirdə “Azercell Telekom” komandaya göstərdiyi etimad və gənclərimizin inkişafına daim dəstək olduğu üçün “Train Brain” mərkəzi tərəfindən mükafata layiq görülüb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə