“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC bu istiqamətdə daha bir yeniliyə imza atır. 02.09.2024 tarixindən etibarən Azercell ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edən abunəçilər tam xidmət spektrindən yararlana biləcəklər. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilir.
Belə ki, “mygov” tətbiqi vasitəsilə şəxsiyyəti təsdiq edən məlumatları göstərən müştərilər Azercell Eksklüziv ofislərində istənilən əməliyyatı həyata keçirmək imkanı əldə edirlər. Bununla da müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell abunəçilərinə daha operativ və rahat şəkildə xidmət göstərilməsini, eləcə də məlumat təhlükəsizliyini təmin edir. Bu yenilik tez bir zamanda Azercell-in bütün diler mağazalarında da əlçatan olacaq.
Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2024-cü il 16 iyul tarixli Fərmana əsasən icra edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri