Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edir.
Xeberler.az məlumat verir ki, müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, coğrafi informasiya sistemləri sahəsinə töhfə vermək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir. Builki müsabiqə “Gələcəyin xəritəsi” mövzusu altında keçirilir və 2025-ci ildə Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyinə həsr olunur. Müsabiqə Qarabağ regionunun inkişafı, süni intellekt texnologiyaları ilə proqnozlaşdırıcı modellərin hazırlanması və innovativ xəritə dizaynı kimi istiqamətləri əhatə edəcək.
Müsabiqəyə yaşı 18-35 arası olan tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun nümayəndələri qatıla bilərlər. Müsabiqə iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması və digər istiqamətlərdə ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizullaşdırma şansı qazanacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir. Qeydiyyat mayın 1-dən iyunun 30-dək aparılacaq. Müsabiqənin ilk üç qalibi (birinci yer: 5000 AZN, ikinci yer: 3000 AZN və üçüncü yer: 1500 AZN) pul mükafatı ilə təltif olunacaqlar. Bundan əlavə, 10 nominasiya üzrə qaliblər müəyyən ediləcək və hər bir qalibə 500 AZN məbləğində mükafat təqdim olunacaq. Müsabiqənin şərtləri haqqında ətraflı məlumat alamaq və qeydiyyat üçün linkə keçid edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları