“Azərkosmos” peyki üzərindən daha bir telekanal yayıma başlayıb

09-08-2023 / 11:29

Tanınmış idman kanalı “Setanta Sports” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” məlumat yayıb.

Məlumatda bildirilib ki, Avrasiya ölkələri arasında kifayət qədər tanınan “Setanta Sports” kanalı ingilis, rus, gürcü dillərində Premyer Liqa, Bundesliqa, La Liqa, Serie A, Liqa 1, UEFA Çempionlar Liqası kimi futbol çempionatlarını, həmçinin Formula 1, tennis oyunları və digər idman yarışlarını izləyicilərinə təqdim edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə