“Azərkosmos” və “STAR.VISION” birgə tədqiqat layihəsinə start verib

22-04-2025 / 19:34

“Azərkosmos” və “STAR.VISION” Xəzər dənizində iqlim dəyişikliyinin təsirini araşdıran birgə tədqiqat layihəsinə start verib.

Xeberler.az məlumat verir ki, layihə çərçivəsində süni intellekt və məsafədən müşahidə texnologiyalarının imkanlarından istifadə edərək, dənizin son 20 ildəki vəziyyəti - su səviyyəsinin dəyişməsi, sahil eroziyası və ekosistem pozuntuları kimi göstəricilər üzrə araşdırmalar həyata keçirilir. Bu təşəbbüsə sahil və ekologiya sahəsində ixtisaslaşmış Çinin Ningbo Universiteti də dəstək verir.

Bu təşəbbüs Azərbaycan və Çin arasında innovativ texnologiyalarla ətraf mühitin qorunması istiqamətində, eləcə də kosmik texnologiyalar, süni intellekt və Yerin məsafədən müşahidəsi sahələrində davamlı əməkdaşlığın inkişafına təkan verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə