“Azərkosmos”un səhmləri birjanın listinqinə daxil edilib

09-05-2015 / 17:37

Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərkosmos" ASC-nin qiymətli kağızları BFB-də standard bazar seqmentində listinqə qəbul edilib.

Xəbərlər-in qurumdan aldığı məlumata görə, 43 440 ədəd qiymətli kağız ticarətə buraxılıb. Qiymətli kağızların ilkin ticarət qiyməti 1 082 manat təşkil edir.

Qiymətli kağızların ilkin ticarət qiyməti 20 manat təşkil edir. Bildirək ki, "Azərkosmos"un 1 850 530 ədəd qiymətli kağızının ticarətinə icazə verilib.

BFB-nin məlumatına əsasən, "Azərkosmos" ASC-nin adi sənədli səhmlərinin BFB-də standard bazar seqmentində yerləşdirilməsinə 12 maydan etibarən başlanacaq. Emissiyanın ümumi həcmi 23 610 600 manat təşkil edir. Anderrayter qismində "PSG-Broker" MMC çıxış edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə