“Azərpoçt”un həyata keçirdiyi karqo daşımaları poçt daşımaları və elektron kommersiya ilə əlaqədar daşımalar olmaqla iki hissəyə bölünür.
Xeberler.az APA-ya istinadən bildirir ki, bunu qurumun sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.
O qeyd edib ki, Azərbaycanda elektron kommersiya platformalarından sifarişlərin çatdırılması ilə bağlı “Post.Cargo” məhsulu istifadəyə verilib:
“Bu məhsul ilə Türkiyə və Avropa üzərindən daşımalar həyata keçirilir. Avropa ölkələrindən İspaniya ilə danışıqlar aparırıq ki, vətəndaşların bu ölkədən elektron kommersiya platforması üzərindən sifariş verdikləri məhsullar “Azərpoçt” vasitəsilə çatdırılsın. Eyni zamanda, ölkə daxilində müxtəlif daşıma şirkətləri ilə də əməkdaşlıq edirik”.
İ.Mustafayev qurumun beynəlxalq poçt operatorları ilə əməkdaşlığına da toxunub:
“Bütün milli poçt operatorları ilə münasibətlərimiz var. Poçt xətti ilə gələn istənilən bağlama, məktub, poçt göndərişi mütləq milli poçt operatoru tərəfindən qəbul edilib ünvançıya çatdırılmalıdır. Bu, beynəlxalq poçt qaydalarının əsas tələbidir. Ümumdünya poçt ittifaqına daxil olan hər bir milli poçt operatorunun bu öhdəliyi var. Azərbaycanda vətəndaş Avropanın hansısa ölkəsinə, ABŞ-yə və ya digər ölkəyə poçt göndərişi edirsə, milli poçt operatoru olaraq bunu biz qəbul edirik, həmin ölkəyə göndəririk. Həmin ölkənin milli poçt operatorunun da vəzifəsidir ki, onu ünvançıya çatdırsın. Əks proses qarşı ölkədə də belə olur. Yəni milli poçt operatorları arasındakı münasibətlər Ümumdünya Poçt İttifaqı üzərindən və onun daxili prosedurları ilə tənzimlənir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri