AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin Azərbaycan Mətbuat Şurası ilə birlikdə 9 Oktyabr – Ümumdünya Poçt Günü münasibətilə elan etdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsi yekunlaşıb.
Xeberler.az bildirir ki, Milli mətbuatın 150 illiyi ərəfəsində müsabiqə qaliblərinin mükafatlandırılması məqsədilə “Azərpoçt” MMC tərəfindən tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, müxtəlif təşkilatların nümayəndələri, media təmsilçiləri və müsabiqə iştirakçıları daxil olmaqla, ümumilikdə 200-ə yaxın qonaq iştirak edib.
Müsabiqə çərçivəsində təqdim olunan ən uğurlu və özünəməxsus yazıların müəllifləri mükafatlandırılıblar. Belə ki, I yer üzrə Yaqut Aslanova, İlahə Məmmədli və Pərvanə Qafarova, II yer üzrə Nazim Hacıyev, Lalə Mehralıyeva və Suvar İbadov diplom və mükafat ilə təltif olunublar.
Bundan əlavə, digər iştirakçılar da fəallıqlarına görə dəyərləndirilib. Müsabiqənin təşkil edilməsində əsas məqsəd poçt sahəsində baş verən dəyişikliklər, rəqəmsallaşma prosesində ənənəvi poçtun yeni mərhələsini işıqlandırmaq, həmçinin media nümayəndələrinin bu istiqamətdə yaradıcı fəaliyyətini təşviq etmək olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları