Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən keçirilən “WSIS-2024” müsabiqəsində qalib olub.
Xeberler.az xəbər verir ki, müsabiqəyə “Hökumət buludu” layihəsi ilə qatılan “AzInTelecom” “İnformasiya və kommunikasiya infrastrukturu” nominasiyasında çempion olub.
İsveçrənin Cenevrə şəhərində keçirilən mükafatlandırma mərasimində “AzInTelecom”un departament direktoru Renat Rüstəmov şirkət adından mükafatı qəbul edib.
Qeyd edək ki, bu il müsabiqəyə müxtəlif ölkələrdən 1000-dən çox elektron layihə təqdim olunub. Ekspertlər qrupunun rəyi əsasında onlardan 360-ı müsabiqəyə buraxılıb. Çempionlar ictimaiyyət üçün açıq olan səsvermə prosesi ilə seçilib. Səsvermədə 2 milyondan artıq insan iştirak edib.
Həmçinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yeni “mygov” platformasının ilkin versiyası “WSIS Prizes” müsabiqəsinin 7-ci - “İKT tətbiqləri: həyatın bütün aspektlərində faydalar — elektron hökumət” kateqoriyası üzrə qalib olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən təqdim olunmuş “Əmək və Məşğulluq” altsistemi isə “İKT tətbiqləri: həyatın bütün aspektlərində faydalar — elektron məşğulluq” nominasiyası üzrə çempion elan edilib.
“WSIS” 20 ildən çoxdur ki, İKT sahəsində ən mühüm nailiyyətlərin qiymətləndirilməsi və tanınması məqsədilə fəaliyyət göstərən beynəlxalq müsabiqədir.
Bildirək ki, “Hökumət buludu” layihəsi özündə dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyasını birləşdirən irihəcmli layihədir. Layihənin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində “AzInTelecom”a məxsus data mərkəzləri vasitəsilə həyata keçirilir. 100-dən çox dövlət qurumu öz informasiya ehtiyatlarını bu data mərkəzlərində yerləşdirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri