“Azərbaycanda mobilliyin transformasiyası proqramı” hazırlanıb

18-12-2023 / 11:33

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatını keçirir.

Xeberler.az bildirir ki, təqdimatda iştirak edən nazir müavini Rəhman Hümmətov məlumat verib ki, bu il Azərbaycanın nəqliyyat sektorunda mobillik sahəsinda görülən işlər əsasən qanunvericiliklə bağlı olub.

"Bununla yanaşı, taksi xidməti də diqqət mərkəzində olub. Ötən dövr ərzində bir sıra qanunlara dəyişiklik edilib. Bundan sonra alt qaydalara dəyişikliklər gözlənilir. Ardınca yeni qanunvericiliyin tətbiqinə başlanılacaq”, - deyə o qeyd edib.

Nazir müavini yaxın vaxtlarda yeni layihələrin tətbiqinə başlanılacağını da bildirib: "Biz artıq Bakının rəqəmsal əkizini təşkil etmişik. Həmçinin 20-dən artıq layihənin simulyasiyasına başlamışıq. Bakıda yeni velosiped yolları şəbəkəsi yaradılacaq. Yeni çağırışlar şəhərin daha çox insanyönümlü olması, mikromobillik vasitələrindən istifadənin təşviq edilməsidir. Nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu tendensiyaları nəzərə alaraq, mikromobilliyin inkişaf etdirilməsini əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Mobillik layihəsində kiçik təkərli nəqliyyat vasitələri - velosiped və skuterlər də nəzərə alınıb. İlk mərhələdə Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq. Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə