Previous Next
Bağla

Azyaşlı məktəblilərə hansı texniki qurğular lazımdır?

04-09-2015 20:39
Azyaşlı məktəblilərə hansı texniki qurğular lazımdır?

Müasir dövrdə övladını birinci sinfə yola salan hər bir valideyn azyaşlı məktəblini ən azı mobil telefon, planşetlə də təmin etməyə çalışır.

Xeberler.az valideynlər üçün faydalı, uşaqlar üçün isə maraqlı ola biləcək texniki qurğuları nəzərdən keçirib.    

“Ağıllı” telefonlar uşaqlar üçün əvəzedilməz vasitədir

Həqiqətən də müasir dövrün uşaqları sensor ekranları böyüklərdən daha yaxşı idarə edirlər. 4-5 yaşında olan balacalar oyunlara daxil olur və qələbə qazanmaq üçün mövcud qaydalardan özləri baş çıxarırlar. Oxumaq bilməyən uşaqlar YouTube portalını açır və sevimli cizgi filmlərini skrinşotlara (monitorun ekranında görünən təsvir) görə axtarırlar. Cizgi filmindən usananda isə onlar media pleyeri  işə salır və sevimli musiqini alboma və ya ifaçıların posterlərinə görə seçirlər.

Göründüyü kimi, artıq birinci sinfə qədər uşaq sensor ekranlı qurğularla iş prinsipini mənimsəyir.   

Smartfonda məktəb testlərindən keçmək, elektron gündəliyi yoxlamaq olar. “Ağıllı” telefon ev tapşırıqlarını həll etmək üçün lazımi məlumatların axtarışında kömək edir. Daha bir üstünlük smartfonlarda quraşdırılmış GPS-moduldur ki, qurğunun, o cümlədən onun balaca sahibinin harada yerləşdiyini xəritədə müəyyən etməyə imkan verir.

GPS-trekerli qol saatları

GPS-trekerli (coğrafi mövqenin distant izlənilməsi üçün qurğu) qol saatları uşağınızın harada olduğunu nəzarətdə saxlamaq üçün əla vasitədir.

Məsələn, “Fixitime Smart Watch” vaxtı göstərir və öz coğrafi mövqeyi haqda məlumatı ötürür. Bu modellərin daha bir üstünlüyü də onların sim-kartı dəstəkləməsidir ki, bu da ondan telefon kimi istifadə etməyə imkan verir.

Sağlamlığın qayğısına qalaq

Azyaşlıların smartfondan məharətlə istifadə edə bilməsinə baxmayaraq, mobil qurğuya ifrat dərəcədə aludə olmaq valideynlərin haqlı narahatlığına səbəb olur. Bu cür aludəçilik gözlərin həddindən artıq yüklənməsinə və uşağın yetərli qədər hərəkətdə olmamasına gətirib çıxarır. Burada onlara uşağın gün ərzində yetərli qədər fəal olub-olmadığını göstərən fitnes-treker kömək edə bilər. Əgər uşaq idmanla məşğul olmursa, ona “Xiaomi Mi Band” sadə modeli kifayət edər. Bu model yuxu dövrünü və addımların hesablanmasını izləyən lazımi funksiyalara malikdir.

Göründüyü kimi, “ağıllı” smartfon, qol saatları, planşet və s. texniki qurğular müasir dövrdə yaşlı, gənc nəsillə yanaşı həm də azyaşlılar üçün lazımi vasitələrdəndir. Bu qadjetlər istər ev, idarə, istərsə də təhsil ocaqlarında hər kəs üçün əvəzedilməz vasitəyə, başqa sözlə, gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Xüsusən də balacalar bu qurğulardan böyük maraq və həvəslə istifadə edirlər. Bir sözlə, elmi-texniki tərəqqinin bəşəriyyətə bəxş etdiyi bu innovativ texnologiyalar gənc nəslin inkişafında, onların savadlı, bacarıqlı bir kadr kimi yetişməsində, lazımi biliklər əldə etməsində  böyük əhəmiyyət kəsb edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Uşaqlar elektron qurğuları gəzməyə və danışmağa başlamadan öyrənir

28-04-2015

Planşetə çevrilən ağıllı saat icad olunub

09-07-2019

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

Ağıllı fənər təqdim olunub

01-08-2019

Motorola sensor mobil telefon hazırlayıb

23-02-2009

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020

Apple ağıllı diş fırçaların satışına başladı

19-01-2018

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

Nokia-dan ən ucuz sensor telefon modeli

26-08-2009

Elektron qurğular televiziyanı sıxışdırır

20-11-2015

Bir telefon nömrəsini müxtəlif qurğularda istifadə etmək mümkündür

16-10-2015

Yeni qurğu uşaqların qadcetlərdən asılılığını məhdudlaşdıracaq

04-09-2018

Avropanın texniki baxımdan ən inkişaf etmiş uşaqları

18-12-2008

Uşaqlar üçün yeni Youtube versiyası yaradılacaq

02-09-2019

Kaspersky müasir uşaqlar üçün 7 mühüm rəqəmsal vərdişi təsvir edib

18-11-2021

Uşaqlar yarım saatdan çox kompüterdən istifadə edə bilməz- Xəbərdarlıq

30-07-2015

Ən təhlükəsiz smartfon təqdim edilib

01-05-2017

Uşaqlar üçün ağıllı saat təqdim edilib

29-08-2015

Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

08-09-2020

LG mobil qol telefonu hazırlayıb

30-12-2008

10 il sonra yaşadığımız evlər necə olacaq?

14-01-2017

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə