Previous Next
Bağla

Baflike adlı sosial şəbəkə fəaliyyətə başlayacaq

04-07-2018 11:23
Baflike adlı sosial şəbəkə fəaliyyətə başlayacaq

Yaxın günlərdə Amerikada tərkibində Azərbaycandan olan proqramçıların da yer aldığı yeni – Baflike adlı sosial şəbəkə fəaliyyətə başlayacaq.

Xeberler.az bildirir ki, bu haqda sosial şəbəkənin aktiv istifadəçisi və reklamı ilə məşğul olan Amid Unayev məlumat verib. Amid Unayev bu barədə ona Baflike-nin azərbaycanlı proqramçılarının xəbər verdiyini bildirib.

O, adıçəkilən sosial şəbəkənin feysbuk və instagramdan daha məşhur olacağını deyir. Onun sözlərinə görə, yeni şəbəkədə facebook və instagramda olduğu kimi, bəyənmələr yalançı olmayacaq: Üstəlik istifadə qaydası daha sadə olacaq.

Bu məsələdə ən çox diqqət çəkən məqam isə budur ki, yeni şəbəkələrin aktiv iştirakçıları  günə 20-25 dollar həcmində pul qazanacaq. Amid Unayev belə deyir:

“Sadəcə sosial şəbəkə kimi istifadə edənlər bu qədər məbləğdə pul qazana bilməyəcək. Aktiv istifadəçilərə isə xüsusi link veriləcək. Həmin bölmədə “sayğac” olacaq. İstifadəçi kimləri dəvət edirsə, dəvət etdikləri də başqa insanları “Baflike” istifadəçisi kimi onun hesabına yazılacaq ki, bu da əlavə vəsait şəklində aktiv istifadəçinin hesabına oturacaq”.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu cür sosial şəbəkə yaratmaqla bağlı iddialar çox olduğunu bildirib:

“Şəxsən mənim özümə son 15-20 ildə 10-15 lokal şəbəkə layihəsi təqdim olunub. Bunlar yerli şəbəkələr idi. Amma uğur qazanmadı. Çünki feysbuk və instagram kimi şəbəkələrdən üstün olmaq üçün milyardlarla vəsait xərclənməlidir. İndi rəqabətli mühit var və Baflike-nin bu mühitdə uğur qazanacağı elə də inandırıcı görünmür. Google kimi nəhəng koorparasiya özünün Google+ sosial şəbəkəsini populyarlaşdıra bilmədi. Baflike-nin uğur qazanması ancaq bir halda mümkün ola bilər. Bunun üçün də hardasa 10-15 il müddətinə milyardlarla pul xərcləyərək bütün sosial şəbəkə istifadəçilərini oraya yönəltmək lazımdır" .

Osman Gündüz deyib ki, bundan başqa bir hal isə maraq doğuran marketinq layihələri həyata keçirilməsidir: "Bu da milyardlarla vəsait deməkdir. Əgər aktiv istifadəçilərə pul qazanmaq vəd edirlərsə, o zaman onların uğur qazanacağı, populyarlaşacağı 10-15 illik zaman limiti bir qədər aşağı düşə bilər. Bunun üçün də uzunmüddətli strateji proqramlar hazırlanıb həyata keçirilməlidir. Əks halda feysbuk və instagramdan üstün olmaq mümkün deyil. Bilirsiniz, bir sosial şəbəkə iki halda populyarlaşır. Birincisi, xalq – yəni, əksəriyyət orada olmalıdır, ikincisi, istifadəçidə müəyyən maddi maraq oyadılmalıdır. Bunlar olacaqsa, istənilən sosial şəbəkə layihəsi bir müddət sonra aparıcı mövqeyə çıxa bilər. Olmayacaqsa, liderlik iddiası inandırıcı olmayacaq. Bu gün feysbuk və instagram ona görə populyardır ki, hər kəs oradadır”. (Lent.az)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

04-07-2019
İnstagram istifadəçilərinin sayı artıb

İnstagram istifadəçilərinin sayı artıb

12-01-2015
Messenger üzərindən pul transferi edə biləcəksiniz

Messenger üzərindən pul transferi edə biləcəksiniz

02-07-2015
Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

08-07-2019
Ekspert: DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var

Ekspert: DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var

29-01-2020
Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

27-07-2018
Facebook iş adamları üçün xüsusi şəbəkə yaradıb

Facebook iş adamları üçün xüsusi şəbəkə yaradıb

19-11-2014
Milli sosial şəbəkə istifadəyə veriləcək

Milli sosial şəbəkə istifadəyə veriləcək

13-09-2012
Aylıq 750 milyon aktiv istifadəçi

Aylıq 750 milyon aktiv istifadəçi

25-06-2011
BOX.AZ-da Bildirişlər Qovluğu və Sosial Şəbəkələr

BOX.AZ-da Bildirişlər Qovluğu və Sosial Şəbəkələr

06-12-2010
İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar yaranıb

İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar yaranıb

05-10-2021
Siyasətçilər üçün sosial şəbəkə fəaliyyətə başlayıb

Siyasətçilər üçün sosial şəbəkə fəaliyyətə başlayıb

19-06-2015
Osman Gündüz: «sosial media hansısa inqilabda katalizator ola bilər, amma əsas ola bilməz»

Osman Gündüz: «sosial media hansısa inqilabda katalizator ola bilər, amma əsas ola bilməz»

13-03-2013
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

05-02-2025
Facebook dünya iqtisadiyyatına 227 milyard dollar xeyir verib

Facebook dünya iqtisadiyyatına 227 milyard dollar xeyir verib

22-01-2015
Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

15-03-2019
Azərbaycanda milli sosial şəbəkə istifadəyə verildi

Azərbaycanda milli sosial şəbəkə istifadəyə verildi

25-02-2015
İnsident menecment açar sözlərlə axtarış aparacaq

İnsident menecment açar sözlərlə axtarış aparacaq

25-07-2018
Bakıda hansı sosial şəbəkə populyardır?

Bakıda hansı sosial şəbəkə populyardır?

11-08-2016
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

05-01-2026
Yeni sosial şəbəkə

Yeni sosial şəbəkə

29-06-2011
"Feysbuk" istifadəçi postlarına məhdudiyyət qoya bilər

"Feysbuk" istifadəçi postlarına məhdudiyyət qoya bilər

06-06-2020
“Apple” sosial şəbəkə yaradır?

“Apple” sosial şəbəkə yaradır?

12-05-2015
Azərbaycanda yeni sosial şəbəkə

Azərbaycanda yeni sosial şəbəkə

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə