Bakcell-in Məlumat Mərkəzinə daha çox xidmətlərimiz ilə bağlı məlumat almaq üçün müraciətlər olur. Son rəqəmlərə əsasən Müştəri Xidmətlərinə müştərilərimizin 92 faizi məlumat almaq üçün zəng edir.
Xeberler.az-ın məlumatına görə, bunu Bakcell Şirkətinin Müştəri Xidmətləri üzrə baş direktoru Selda Korkmaz jurnalistlərlə görüşündə şirkətin müştərilərlə münasibətindən danışıb.
“Müştərilərimizə xidmət etmək bizim əsas məqsədimizdir. İstəyirik ki, Azərbaycanın əhalisi qədər müştərimiz olsun. Şirkət üçün bütün təbəqələr, xüsusilə də gənclər önəmlidir. Bildiyiniz kimi Azərbaycanda əhalinin 7.4 milyonu internet istifadəçisidir. Onlardan 2.6 milyonu sosial şəbəkəyə üzvdür. 7 milyon insan isə telefon işlədir”.
Bakcell təmsilçisi müştərilərin daha çox hansı təbəqəni əhatə etdiyi barədə də məlumat verib:
“Texnologiya bu gün çox sürətlə inkiaşf edir. Telefonu dünyanın ən böyük kəşfi hesab edə bilərik. Bu gün telefon bizim üçün, həm də fotoapartdır. Müştərimizlər arasında şagirdlər, gənclər, iş adamları, neftçilər, kiçik sahibkarlar, hətta əcnəbilər də var. Bu gün müştərini qazanmaq üçün ənənəvi ümumi baxışdan fərqli olaraq daha xüsusi yanaşma tələb olunur.
Müştərilərimiz ötən il daha çox şəbəkələrdən şikayətçi olublar. Biz bir il işlədik və bu problemlərin səbəblərini öyrəndik. Nəticədə zəng və əhatə problemləri 61 faiz, data problemlərində isə 72 faiz azalma müşahidə olundu. Biz Bakcell olaraq, Bakı və Abşeronda 4G olacaq. Ən önəmli işimiz şəbəkə ilə bağlıdır. Müştəri xidmətlərinə əhalinin 92 faizi məlumat almaq üçün, 3.5 faizi isə şikayət üçün zəng edib. Müştərilərimiz daha çox balans, internet paketlər, tariflər, şəbəkə, kontent provayderlərlə bağlı müraciət ünvanlayırlar”.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri