Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Startap Günlərinin ikinci günü keçirilir.
Xeberler.az bildirir ki, bu gün gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Sektorda bir neçə layihəsi ilə tanınan, kriptovalyuta üzrə araşdırmaçı Orxan Əhmədov və ekspert Rəşad Əliyev təlimçi qismində iştirak ediblər. Startapa yeni başlayarkən vacib olan məqamları diqqətə çatdırıblar.
Eyni zamanda iştirakçılara prototiplərin hazırlanması üsulları izah edilib. Hazırda komandalar mentorların və ekspertlərin köməyi ilə biznes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlamağa davam edir.
Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.
Tədbirlər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı və Sinam şirkətləri Startap Günlərinə sponsorluq edirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri