Bu gün “Elektron Hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən Sumqayıt Dövlət Universitetində tələbələr üçün "Elektron Hökumət" mövzusunda seminar təşkil olunub.
MHM-dən Xeberler.az-a verilən məlumata görə, seminarda MHM-in şöbə müdiri İlqar Abdullayev, MHM-in baş mütəxəssisi Nadir Rəsulov mühazirəçi qismində çıxış ediblər.
Seminar İlqar Abdullayevin çıxışı ilə açıq elan edilib. O, “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları üzrə prezentasiya üzrə geniş məlumat verdi. Şöbə müdiri "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdi, “Elektron Hökumət”in infrastrukturu, portal üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verib. Məruzəçi “Elektron Hökumət” quruculuğunun ictimai mahiyyətini və üstünlüklərini açıqlayıb və qeyd edib ki, portal üzərindən təqdim olunan bir çox elektron xidmətlər məhz gənclər üçün nəzərdə tutulub. Vurğulanıb ki, Azərbaycan gəncliyi gələcəyimizin təminatçılarıdır, biz onlara inanırıq və həyatlarının hər bir pilləsində onlara mümkün qədər dəstək olmağa çalışırıq.
Sonra, MHM-nin baş mütəxəssisi Nadir Rəsulov öz çıxışında e-imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının e-sənəd mübadiləsində rolundan bəhs etdi. O, MHM-nin Milli Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən e-imza sertifikatlarının iqtisadiyyatda tətbiq olunduğu sahələr və cari istifadə statistikası haqqında danışdı. Məruzəçi yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, eləcə də e-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin mühüm rol oynayacağını xüsusilə vurğuladı.
Daha sonra “Elektron Hökumət” portalının əməkdaşı Günay Hüseynova portalda tələbələr üçün maraqlı olan və daha çox istifadə olunan e-xidmətləri (elektron arayışlar, elektron ödənişlər və s.) real rejimdə test edərək nümayiş etdirdi.
Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam edib. Seminarda aktiv iştirak edən tələbələr hədiyyələrlə mükafatlandırılıb. Həmçinin, seminar iştirakçılarına portaldan istifadə üçün kod/parollar verilib.
Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlara praktiki biliklərin aşılanmasıdır.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri