BDU-da “EBSCO-da süni intellekt” sistemindən istifadə imkanı yaradıb

17-04-2025 / 13:18

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “EBSCOHost” şirkətinin uzunmüddətli və önəmli tərəfdaşıdır. Buna görə də şirkət universitetin tədqiqatçıları və oxucularına “EBSCO-da süni intellekt” (“EBSCO AI Insights”) sistemindən istifadə imkanı yaradıb.

Xeberler.az məlumat verir ki, bu sistem BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (Az.KİK) üzv olan, ölkənin EBSCO məlumat bazası və “EBSCO Discovery Service”dən istifadə hüququ qazanan 15 ali təhsil müəssisəsinin tədqiqatçı və istifadəçiləri üçün də əlçatan və təkmilləşdirilmiş sistemdir.

EBSCO süni intellekt imkanlarını kitabxanalara transformasiya edərək, tədqiqat prosesini dəyişdirməyi və məqalələri nəzərdən keçirməyə sərf olunan vaxtı azaltmağı nəzərdə tutur. İstifadəçilər sistemin süni intellektə əsaslanan xüsusiyyəti və müəllif hüququ ilə süni intellektin qarşılıqlı əlaqəsi haqqında ətraflı məlumat əldə etməklə yanaşı, təqdim edilən videoçarxla tanış ola bilərlər.

Süni intellekt sistemindən istifadə etmək üçün BDU-nun Elmi Kitabxanasının rəsmi internet səhifəsindən http://elibrary.bsu.edu.az/ linki vasitəsilə “Tammətnli məlumat bazaları” bölməsindən “EBSCO AI Insights” sətrini sıxaraq daxil olmaq lazımdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə