ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəlikləri yerinə yetirməyə çağırır

17-11-2025 / 11:34

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) iştirakçılarının vəzifəsi müzakirələr və qəbul edilən siyasi qərarlar vasitəsilə insanların rəqəmsal bağlantı ehtiyaclarının qarşılanmasına kömək etmək, onların dayanıqlılığını gücləndirməkdir.

Xeberler.az bildirir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Dorin Boqdan-Martin Bakıda WTDC-25-in açılış mərasimində bildirib.

"Biz WTDC-də rəqəmsal imkanları əlçatan etmək üçün toplaşmışıq. Texnologiyanın əvvəlkindən daha sürətli transformasiya etdiyi bir dünyada heç kimin geridə qalmayacağı şəraitin yaradılmasını hədəfləyirik. Yalnız birlikdə həyata keçirilə bilən qlobal rəqəmsal inkişaf səylərinə yeni həyat vermək üçün buradayıq", - o qeyd edib.

ITU rəhbərinin sözlərinə görə, kollektiv tərəqqinin gücü ən bariz şəkildə 1 000-dən çox öhdəliyi birləşdirən, eləcə də dünya üzrə əhəmiyyətli bağlantı və dayanıqlı rəqəmsal transformasiyanı dəstəkləmək üçün təxminən 80 milyard ABŞ dolları səfərbər edən "Connect" Rəqəmsal Tərəfdaşlıq Koalisiyasında özünü göstərir.

"Bu öhdəlik və vədlərin yerinə yetirilməsini təmin etməyin vaxtı çatıb. Hər kəs üçün dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq məqsədilə rəqəmsal infrastrukturu və xidmətləri istifadə etmək niyyətimizi təsdiqləməyin zamanı gəlib", - D.Boqdan-Martin vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə