“Blackboard” – tədrisin idarə olunması sistemi ilk dəfə Azərbaycan dilində platforma təqdim edir

08-07-2022 / 21:12

Bu aydan etibarən "Blackboard" – tədrisin idarə edilməsi sistemi Azərbaycan dilində platforma hazırlayaraq istifadəçilərin ixtiyarına verib.

ADA Universitetinin 2016-cı ildən əməkdaşlıq etdiyi bu sistem 1000-dən çox tələbəyə e-dərslərə qoşulmaq, müəllimlərlə virtual forum və müzakirələr vasitəsilə ünsiyyət qurmaq, dərslə bağlı sualları ünvanlamaq və tapşırıqları onlayn yerinə yetirmək kimi imkanlar təklif edir.

Xeberler.az bildirir ki, bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, belə bir dünyamiqyaslı beynəlxalq təlim-tədris sisteminin ilk dəfə doğma dilimizdə platforma təqdim etməsi ölkəmizi beynəlxalq məkanda müasir təhsil təcrübələri ilə tanıdır. O əlavə edib ki, texniki həlləri və qabaqcıl təhsil trendlərini özündə cəmləşdirən "Blackboard" ingilis dili üzərində qurulan təlim-tədris prosesini Azərbaycan dilində həyata keçirməklə müasir pedaqoji yanaşmaların yayılmasını sürətləndirir.

"Blackboard"un regiondakı ilk və əsas tərəfdaşı olan ADA Universiteti bu sistemin digər ali təhsil ocaqları tərəfindən istifadəsini dəstəkləyir. İndiyədək 30-dan çox dildə təqdim edilən bu sistem vasitəsilə tapşırıqların qiymətləndirilməsi və davamiyyətin aparılması həyata keçirilir və məlumatlar tələbələrin şəxsi kabinetlərində öz əksini tapır.

Tələbələr istənilən mobil cihazdan istifadə edərək tədris prosesi və akademik göstəricilərlə bağlı yenilikləri izləyirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə