Milli fayl depozit saytı olan Boxca.com artıq iki ildir ki, istifadəçilərinə xidmət edir. Bu iki il ərzində sürətlə inkişaf edən Boxca.com, İlk10.az reytinq cədvəlinə görə, artıq ən çox istifadə olunan saytlar arasında ilk yerlərdən birini tutur.
Artıq hər gün yüzə yaxın istifadəçinin qeydiyyatdan keçdiyi sayta gündə təxminən 300 – 350 fayl yüklənir. Azərbaycan Internetinin ən böyük fayl hostinq saytı olan Boxca.com artıq 100 minə yaxın fayla ev sahibliyi edir. Saytın istifadəçilərinin ümumi sayı isə 20 mini keçir.
Saytın inkişafı təkcə istifadəçi sayının və faylların artmasından ibarət deyil. 2 ildə saytdan istifadə artdıqca imkanları da genişləndirilmişdir. Əgər əvvəllər maksimum 50 MB fayl yükləmək olurdusa, bu rəqəm artırılaraq 200 MB-a çatdırılmışdır. Faylların saytda saxlanılma müddəti isə, 1 aydan 1 ilə qədər artırılmışdır.
Əlbəttə ki, Boxca.com indiki imkanları ilə məhdudlaşmır. Ötən il, bu sahədə digitalbr@nd şirkəti ilə əməkdaşlıq razılaşması əldə olunub. Əməkdaşlıq çərçivəsində Boxca.com-un yeni funksiyalarla təchiz olunması ilə birlikdə, reklam imkanlarının artırılması da planlaşdırılır.
Qeyd edək ki, boxca.com – fayl depozit və bölüşmə xidməti göstərən saytdır. Saytdan qeydiyyatdan keçmədən fayl yükləmək mümkün olmaqla birlikdə qeydiyyatdan keçməyin bir sıra üstünlükləri var. Belə ki, qeydiyyatdan keçmədən bir dəfədə bir fayl yükləmək mümkündürsə istifadəçi adı ilə daxil olduqdan sonra eyni zamanda 3 fayl yükləmək mümkündür. Bundan başqa, qeydiyyatdan keçmədən ən çox 150 MB ölçülü fayl yükləmək mümkündürsə, qeydiyyatlı istifadəçilər 200 MB-lıq fayllar yükləyə bilərlər. İstifadəçilərin yüklədikləri fayllar onların fərdi “boxcalarında” saxlanılır. Hər bir istifadəçiyə 5 GB yer verilir. Bu faylları müxtəlif qovluqlara qoymaq, başqaları tərəfindən görünən və ya gizli etmək olar. Bundan başqa istifadəçilər bu fayllar istədikləri vaxt silə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri