Previous Next
Bağla

Bu il kibertəhlükəsizlik sahəsində nələr oldu? –İcmal

15-12-2017 15:04
Bu il kibertəhlükəsizlik sahəsində nələr oldu? –İcmal

2017-ci ildə bütün dünya müxtəlif növ kibertəhlükələr və bu təhlükələrin arxasında duran kibercinayətkarlar arasında sərhədlərin yox olduğunun şahidi oldu. Bir çox səs-küylü insident və yoluxma nəticə etibarilə başlanğıcda göründüyü kimi deyil idi.

Şifrələyici rolunda əslində vayperin olduğunu, leqal korporativ proqram təminatının güclü kibersilaha çevrildiyini, cinayətkar qruplarının daha primitiv vasitələrə əl atdığı bir vaxtda ən sadə virusu yazmağa belə bilik və təcrübəsi olmayanların əlinə mürəkkəb proqram və alətlərin keçdiyini müşahidə etdik.

İlin ən çox müzakirə olunan təhlükəsi, sözsüz ki, şifrələyicilər olub. Üç nəhəng kampaniya zərərli proqramların landşaftını tamamilə dəyişdirdi. Bu cür hücumlar bizneslərə yönəlmiş, yayılma üçün qurdlardan və internetə yenicə düşən eksploitlərdən istifadə etmiş, məlumatları şifrələmiş və çox zaman heç ehtiyacları olmasa da rüşvət tələb edib.

Yalnız 3 hücumdan qurbanlar milyonlarla dollar məbləğində zərər çəkib

Xeberler.az bildirir ki, Kaspersky Lab şirkətinin analitikləri kodları təhlil edərək aşkarlayıb ki, bu cür hücumların təşkilatçıları adi oğrular deyil, Lazarus və BlackEnergy kimi böyük qruplaşmaların işi ola bilər.

Ən azından hücumlardan biri – WannaCry, cinayətkarların tələsdiyini sübut edən səhvlərlə buraxılıb, digər bir hücum – ExPetr isə biznes üçün zərərli proqram təminatı vasitəsilə yoluxdurulub və üç hücumdan ikisi (ExPetr və BadRabbit) bir birləri ilə əlaqəli olublar. Nəticədə, yalnız bu 3 hücumdan qurbanlar milyonlarla dollar məbləğində zərər çəkib.

Bununla yanaşı, ExPetr insidenti bu ilin daha bir cərəyanını – proqram təminatı istehsalçılarını virusa yoluxdurmaqla şirkətlərə hücum taktikasını ortaya çıxardı. 2017-ci ildə cinayətkarlar məqsədli şəkildə zərərli kodları məşhur korporativ proqramlara daxil ediblər. Bu tip proqramlar sırasında NetSarang server proqramı, masaüstünün təmizlənməsi üçün Windows CCleaner vasitəsi və elektron iş axını üçün MeDoc proqram təminatı yer alır. Müvafiq hücumlar cinayətkarlara adi halda birbaşa daxil ola bilmədikləri və hətta yaxşı müdafiəsi olan şirkətlərə keçid imkanı verir.

Kaspersky Lab şirkətinin verdiyi məlumata əsasən NetSarang insidenti zamanı Fortune 500 siyahısında olan şirkətlərin bir çoxu risk altında olublar.

2017-ci il maliyyə təşkilatları üçün böyük dəyişikliklərlə yadda qaldı. İlk növbədə, kibercinayətkarların, xüsusən də rusdilli cinayətkarların diqqət mərkəzində bankomatlar olub. Bu üsul pul oğurluğu üçün o qədər məşhurlaşdı ki, qara bazarda ilk dəfə olaraq ATM Malware-As-a-Service xüsusi servisi meydana çıxdı. Buna nümunə olaraq Kaspersky Lab tərəfindən aşkarlanan CutletMaker-i göstərmək olar. Müəyyən məbləğ qarşılığında istənilən şəxs bankomatın yarılması üçün lazımı vasitələri ala bilər və bütün proses müddətində bu proqramın satıcılarından konsultasiya və ətraflı təlimatları əldə edə bilərlər.

10-dan çox ölkədə maliyyə təşkilatları belə hücumların qurbanına çevrilib

Təbii ki, hadisələrin bu cür inkişafı çox asanlıqla oğurluq törədə biləcək aşağı ixtisaslı kibercinayətkarların çoxalmasına gətirib çıxaracaq.

Digər tərəfdən cinayətkarlar beynəlxalq bank hesabları sistemi SWIFT-ə hücum etməklə böyük məbləğlər əldə etmək cəhdlərindən də çəkinməyiblər. Bu il onlar aktiv şəkildə bank tərəfində olan bu proqram təminatının yerli versiyasının kodunu modifikasiya ediblər. Nəticədə, 10-dan çox ölkədə maliyyə təşkilatları belə hücumların qurbanına çevrilib ki, bariz nümunələrdən biri oktyabr ayında Tayvanda bir bankda 60 milyon dollar oğurlama cəhdi olub. Bundan başqa, cinayətkarlar daha çox pul oğurlamaq məqsədilə hücum etdikləri maliyyə təşkilatlarının spektrini də genişləndiriblər: 2017-ci ildə zərərçəkənlər sırasında sadəcə banklar deyil, həmçinin elektron pul sistemləri, kriptovalyuta birjaları, kapital idarəetmə fondları və hətta kazinolar da olub.

Virtual pul qurbanların sayı 60 minə çatır

Eyni zamanda, kriptovalyuta və ICO bazarında müşahidə olunan yüksəliş də cinayətkarların diqqətindən kənarda qalmayıb. Bəziləri istifadəçilərin cihazlarına kriptovalyuta generasiyası üçün xüsusi proqram təminatı quraşdırmaqla gizli mayninqdən pul qazanmağa çalışıb. Digərləri isə sadəcə olaraq hazır virtual pulları oğurlayıb – bu cür qurbanların sayı 60 minə çatır, oğurlanan məbləğ isə 300 milyon dollardan çoxdur. ICO-ya gəldikdə isə Kaspersky Lab şirkətinin ekspertləri ilboyu potensial investorların klassik aldadıcı fişinq sxemləri ilə yanaşı heç bir ideyanı reallaşdırmayan və yalnız pul yığmaq üçün düşünülmüş saxta layihələrlə fırıldaqçılığa məruz qaldıqlarını müşahidə ediblər.

“2017-ci il kibertəhlükəsizlik sahəsində bütün dünya üçün əhəmiyyətli dərslərlə yadda qaldı. Şifrələyicilərin kütləvi hücumları istifadəçilərin və şirkətlərin kibertəhlükələrə qarşı nə qədər zəif olduğunu göstərdi. Leqal proqram təminatlarının qırılması halları bir daha sübut etdi ki, hətta ən güvənilir tərəfdaşlar belə korporativ şəbəkə üçün risk faktoru ola bilər. Daima dəyişməkdə olan kiber mühitdə nəbzi qorumaq çox vacibdir: təhlükələrin inkişaf istiqamətlərini izləmək, yeni təhlükələri tanımaq və hətta ən gözlənilməz riskləri belə qabaqlamaq lazımdır. Xüsusən də, texnologiya və internet xidmətlərindən bu qədər asılı olduğumuz bir vaxtda”, - deyə Kaspersky Lab şirkətinin antiviruslar üzrə aparıcı eksperti Serqey Qolovanov qeyd edib.

2017-ci ildə kibertəhlükələrin inkişaf tendensiyaları haqqında daha ətraflı məlumatı Kaspersky Lab şirkətinin analitik hesabatından əldə edə bilərsiniz.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Lazarus kriptovalyuta birjasına hücum edib

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Bakıda 11 min kompüter hücuma məruz qalıb

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017
Satışda təhlükəli proqram təminatı aşkarlanıb

Satışda təhlükəli proqram təminatı aşkarlanıb

24-10-2017
Kibercinayətkarlar bankomatdan pulu necə oğurlayır?- Araşdırma

Kibercinayətkarlar bankomatdan pulu necə oğurlayır?- Araşdırma

10-04-2017
Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

28-12-2016
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
Bu il daha çox hansı sahələri kiberhücumlar gözləyir?- Proqnoz

Bu il daha çox hansı sahələri kiberhücumlar gözləyir?- Proqnoz

11-01-2017
Kaspersky Lab hesabat açıqladı

Kaspersky Lab hesabat açıqladı

29-06-2018
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

04-10-2018
Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017
DDoS hücum ən çox şantaj üçün edilir

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Kibercinayətkarlıq indiyədək görünməmiş həddə çatıb

Kibercinayətkarlıq indiyədək görünməmiş həddə çatıb

06-01-2017
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

07-03-2019
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Mobil istifadəçilər ən çox hansı zərərli  məzmunla qarşılaşır?

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə