Çinin cari ilin ilk rübü ərzində ABŞ-ın “Nvidia” korporasiyasının “H200” süni intellekt çiplərinin idxalına başlaması gözlənilir.
Xeberler.az bildirir ki, çinli rəsmilərin yerli şirkətlərin bu komponenti “Nvidia”dan müəyyən kommersiya məqsədləri üçün almasına icazə verməyə hazırlaşdıqları bildirilib. İdxalın məhdud formada reallaşması planlaşdırılır. Təhlükəsizlik səbəbindən “H200” çiplərinin orduda, kritik infrastrukturda, dövlət qurumları və müəssisələrində istifadə olunmayacağı bildirilir. Çin hökuməti “Apple” cihazları və “Micron Technology” çipləri üçün də oxşar tədbirləri görüb.
ABŞ şirkəti bununla da dünyanın ən vacib yarımkeçirici bazarlarından birinə çıxışı bərpa edəcək. “H200” nisbətən köhnə nəsil çip kimi tanınır. “Alibaba Group” və “ByteDance” şirkətlərinin 200 mindən çox “H200” çipləri sifariş verdikləri bildirilir.
Mütəxəssislərin fikrincə, yaxın illərdə təkcə süni intellekt çip seqmenti 50 milyard dollar gəlir gətirə bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları