“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024 / 14:04

Gəncə Dövlət Universitetinin (GDU) ikinci tədris korpusunda “Code For Future” layihəsi çərçivəsində icra olunan “Code Academy” layihəsini bitirən Riyaziyyat və informatika fakültəsinin tələbələrinin “Məzun günü” keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə “Code Academy” layihəsinin rəhbəri Asiya Rüstəmova Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstək verdiyi layihənin 2022-ci ildən daha da genişlənərək regionlarda da icra olunduğunu bildirib. Qeyd edib ki, Gəncə Dövlət Universitetinin tələbələri də bu layihədə çox yaxından fəal iştirak edirlər. Artıq 3 semestr ərzində “Code Academy” layihəsinə universitetin Riyaziyyat və informatika fakültəsinin 152 tələbəsi qatılıb. Bu layihənin məqsədi tələbələrin sektorun tələb etdiyi ixtisaslara uyğun təhsil almasını təmin etmək, alınan təhsili təsdiq edən “Code Academy” diplomuna və beynəlxalq sertifikatlara yiyələndirməkdir. Həmçinin praktika əsaslı təhsil modeli ilə mütəmadi bilik və təcrübələrini inkişaf etdirmək, karyera mərkəzi təlimləri və məsləhətlərlə iş həyatına daxil olmaları asanlaşdırmaqdır.

O da diqqətə çatdırılıb ki, GDU-da tələbələrə İT Helpdesk və Veb proqramlaşdırmanın əsasları ixtisasları tədris edilib.

Layihənin idarəetmə üzrə aparıcı mütəxəssisləri Ülvi Səfərli, Püstəxanım Mənsimzadə, eləcə də müəllimlər Kənan Əmirov və Mirnağı Seyidov layihə çərçivəsində “Code Academy” təhsil modelinə qoşulmaqla nəzəri biliklərlə yanaşı, təcrübə keçmək imkanlarından da danışıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə