Previous Next
Bağla

“GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları araşdırılır

13-07-2022 16:33
“GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları araşdırılır

Xeberler.az www.iсt.az saytına istinadən bildirir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarı keçirilib. Tədbirdə mərkəzin rəhbəri Anar Səmidov “GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları” mövzusunda məruzəni təqdim edib.

Öncə o, təmas etmədən və əlaqə olmadan obyekt haqqında məlumatların toplanması və ötürülməsi haqqında elm olan “Remote Sensing” (məsafədən zondlama) texnologiyasının yaranma tarixindən bəhs edib. Bildirib ki, fotoşəklin ixtirası 1839-cu ildə məsafədən zondlamanı mümkün etmişdir. 1950-ci ildə ilk dəfə termin kimi işlədilmiş “məsafədən zondlama” geniş mənada “məsafədən kəşfiyyat” deməkdir. 1860-cı illərdə hava şarlarından yer səthinin fotoşəklini çəkməklə məsafədən zondlama texnologiyasından istifadəyə başlanılmışdır.

“Məsafədən zondlama” termininin müxtəlif təriflərinin mövcud olduğunu bildirən A.Səmidovun sözlərinə görə, məsafədən zondlama hədəfdən müəyyən məsafədə olan qurğu vasitəsilə onun müşahidə edilməsidir. Başqa bir mənbədə məsafədən zondlamanın təmassız sensor sistemlərindən götürülən şəkilləri və rəqəmsal təsvirləri qeyd etmək, ölçmək və şərh etmək vasitəsilə fiziki obyektlər və ətraf mühit haqqında etibarlı məlumat əldə etmək elmi və texnologiyası olduğu qeyd edilir. “Remote Sensing” elektromaqnit şüalanmasından istifadə edərək quş uçuşunun hündürlüyündən alınan şəkillərdən istifadə etməklə yer səthi haqqında məlumat almaq təcrübəsidir.

Sonra mərkəzin rəhbəri GIS (Geographic Information Systems – Coğrafi İnformasiya Sistemləri) texnologiyasından söz açaraq, onun bütün növ coğrafi məlumatları toplamaq, saxlamaq, manipulyasiya, analiz, idarə və təqdim etmək üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Coğrafi İnformasiya Sistemləri əsrlər boyu xəritələrin hazırlanması və məkan məlumatlarının toplanması nəticəsində yaranmışdır. Hazırda geoinformasiya sistemləri iqtisadiyyatın müxtəlif sahələrində bir çox vəzifələrin həllində istifadə olunur. O, məkan məlumatlarının təşkil, təhlil və təqdim edilməsi üçün vasitələrdir. GIS vasitələri mövcud məlumatları konkret layihə məlumatları ilə inteqrasiya etmək üçün də istifadə edilə bilər”.

Məruzəçinin sözlərinə görə, GIS texnologiyası yer seçimi ilə bağlı qərarların qəbul edilməsi imkanlarını genişləndirə biləcək yüksək keyfiyyətli vizuallaşdırma vasitələri təqdim edə bilər. Yerlə bağlı məlumatların təhlili torpaqlardan səmərəli istifadə etməyə, eləcə də daşqın, zəlzələ kimi təbii fəlakətlərin qarşısını almağa imkan verir. GIS texnologiyaları enerji və su istifadəsinin azaldılmasına, tullantıların utilizasiyasının daha səmərəli yollarının axtarılmasına kömək edə, ətraf mühitin və ya kritik vəziyyətin real modelləşdirilməsində istifadə edilə bilər.

A.Səmidov, həmçinin “ağıllı şəhər” konsepsiyasında GIS texnologiyasının tətbiqindən də bəhs edib. Müvafiq konsepsiyanın uğurla həyata keçirilməsi üçün geoinformasiya məlumatlarını idarə edə və vizuallaşdıra bilən rəqəmsal sistemin hazırlanmasının tələb olunduğunu və bu baxımdan Coğrafi İnformasiya Sistemlərinin daha geniş imkanlar təklif etdiyini bildirib. O, geoinformasiya sistemlərinin kənd təsərrüfatı, mühəndislik və geologiya, fəlakətlərin idarə edilməsi, torpaqdan istifadənin monitorinqi, eləcə də milli təhlükəsizlik və s. kimi bir çox sahələrdə tətbiq olunduğunu da diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılır

10-04-2023

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

11-10-2023

Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

14-11-2018

“GIS-Tech Marathon 2025”in qalibləri mükafatlandırılıb

30-04-2025

Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub

29-09-2022

Çin orbitə məsafədən zondlama peyki buraxıb

16-03-2026

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

Elektron kənd təsərrüfatının yaradılması üçün beynəlxalq təcrübə öyrənilir

19-11-2015

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016

Coğrafiyaçı alim Türkiyədə keçirilən Beynəlxalq Konqresdə çıxış edib

09-09-2022

Azərkosmos Türkiyənin “Impro” şirkəti ilə əməkdaşlıq edəcək

25-09-2024

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

Milli məkan standartları qəbul edilib

20-08-2025

Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzi yaradılacaq

29-04-2015

3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri müzakirə edilib

28-11-2024

“Təbii fəlakətlərlə mübarizə üçün kosmik texnologiyalar” sessiyası keçirilib

17-11-2024

3D printerdən ən çox hansı sahələrdə istifadə edilir?

08-02-2017

Mobil şəbəkə texnologiyalarının tətbiqi müzakirə olunub

04-06-2016

Bu cihazlara hücum etmək çox asandır

01-05-2018

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

02-05-2025

Milli məkan məlumatları ilə bağlı bu qayda təsdiqləndi

15-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə