Previous Next
Bağla

Cümşüd Əliyev : Mobil telefonların sertifikatlaşdırılmasında bürokratik əngəllər var

19-03-2019 17:13
Cümşüd Əliyev : Mobil telefonların sertifikatlaşdırılmasında bürokratik əngəllər var

Mobil telefonların sertifikatlaşdırılması prosedurunda bir sıra bürokratik əngəl mövcuddur ki, bu da nəticə etibarı ilə prosesin daha da uzanmasına səbəb olur. 

Xeberler.az  bildirir ki, bunu ONA-ya "MiMobile" şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.

Onun sözlərinə görə, söhbət cihazların sınaq əməliyyatlarının aparılmasından deyil, lazımi sənədin imzalanmasından gedir ki, buna 20 gündən artıq vaxt tələb olunur.

“Səbəb kimi isə bu sənədi birbaşa yüksək rütbəli məmurun imzalaması göstərilir, halbuki sertifikatı vermək üçün lisenziya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelekom” MMC-yə verilib və sertifikatı bu qurumun rəhbəri imzalamalıdır. Kommersiya məqsədi ilə ölkəyə idxal olunan mobil cihazların IMEI kodları birmənalı olaraq qeydiyyatdan keçməlidir. Bunun üçün müvafiq quruma uyğunluq sertifikatı təqdim olunmalıdır. Uyğunluq sertifikatı isə yalnız “AzİnTelekom” tərəfindən verilidir. Halbuki ölkəmizdə bu sertifikatı verə biləcək akkreditə olunmuş bir neçə təşkilat var”, - deyə C. Əliyev bildirib.

C. Əliyevin sözlərinə görə, cihaz “AzİnTelekom” şirkətinə təqdim olunur və bu qurum 3-4 gün ərzində onu yoxlayıb rəy verir, lakin sertifikat isə idxalçıya təxminən bir ay müddətinə təqdim olunur.

“Bu proses maksimun 4-5 gün ərzində baş tuta bilər. Sertifikat hazır olduqdan sonra bütün sənədlər əlavə olaraq IMEI-lərin qeydiyyatı üçün təqdim olunur Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ümumi şöbəsinə. Şöbədən isə icra üçün göndərilir Məlumat Hesablama Mərkəzinə. Mərkəz öz növbəsində IMEI kodları Dövlət Gömrük Komitəsinin bazası ilə müqayisə edir və düz olduğu təqdirdə onları qeydiyyatdan keçirmək üçün şirkətə elektron qaimə göndərir”, - deyə şirkət rəsmisi qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

“AzinTelekom”un rəhbərliyi dəyişir

05-02-2021

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022

Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

13-05-2009

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015

1230 IMEI koda “klon” statusu verilib

25-01-2023

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023

Mobil telefonların idxalına dair yeni tənzimləmə mexanizmi hazırlanır

19-02-2020

Mobil cihazların qeydiyyat sistemi yenilənib

06-11-2014

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016

Portal üzərindən 48 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

12-10-2015

Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

22-11-2022

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023

Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

25-05-2023

Naxçıvanda bu il 300-dən artıq elektron imza sertifikatı verilib

04-09-2023

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə