Previous Next
Bağla

Davos 2025: “İntellektual əsrdə sənayelər”

23-01-2025 11:43
Davos 2025: “İntellektual əsrdə sənayelər”

Davosda keçirilən Dünya İqtisadi Forumunda ənənəvi mövzularla yanaşı, yeni dövrün çağırışları, texnoloji inqilab, süni intellektin (Sİ) təklif etdiyi imkanlar, yaratdığı təhlükələr və gələcəkdə transformasiya potensialı ilə bağlı müxtəlif formatlarda debatlar keçirilir.

Xeberler.az məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova bildirib ki, Sİ-nin sənayeləri inqilabi şəkildə dəyişdirməsi və tam potensialını reallaşdırması üçün aparılan müzakirələr gələcək addımların müəyyənləşdirilməsində mühüm rol oynayır. Forum çərçivəsində “İntellektual əsrdə sənayelər” (Industries in the Intelligent Age)   mövzusunda 120-dən çox natiqin təmsil olunduğu 30-dan çox sessiyanın keçirilməsi planlaşdırılıb. Dünya İqtisadi Forumunun (DİF) keçirdiyi sorğuların nəticələrinə əsasən, rəhbər şəxslərin 83%-i süni intellekti təşkilatları üçün strateji prioritet olaraq qəbul edirlər. Lakin müxtəlif sektorlar arasında süni intellektin tətbiqi və inkişafı səviyyələrində nəzərəçarpan fərqlər var.

Forumda Sİ-nin enerji sektorunda rolu, xüsusilə neft və qaz hasilatında istehsalın artırılması və ətraf mühitə təsirin azaldılması yolları müzakirə olunur. Eyni zamanda, səhiyyə sahəsində süni intellektin tətbiqi ilə dərman istehsalı və xəstəliklərin daha effektiv diaqnozu təklif edilir. Qida istehsalı və təchizat zəncirində proseslərin təkmilləşdirilməsində də süni intellektin rolu və dayanıqlı inkişaf təşəbbüsləri vurğulanıb. Spikerlər Sİ-nin biznes transformasiyasındakı rolu, şirkətlərin rəqəmsallaşmada üzləşdiyi çağırışlar və tərəfdaşlıqların əhəmiyyətindən danışıblar. Bulud texnologiyaları və Sİ vasitəsilə məlumatların idarə edilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun gələcək perspektivləri də diqqət mərkəzindədir. Qeyd olunub ki, bulud texnologiyalarında süni intellektin tətbiqi sürətlənsə belə,  məlumat inteqrasiyası ilə bağlı problemlər var. Bildirilib ki, şirkətlərin 74%-i süni intellektin genişmiqyaslı tətbiqi ilə bağlı çətinliklərlə üzləşir, yalnız 16% qurumlar bu prosesə tam hazırdır. Sənayelər öz biznes strategiyalarını təkcə bu əsas texnoloji dəyişikliklərə görə deyil, həm də seysmik geoiqtisadi dəyişiklikləri nəzərə alaraq uyğunlaşdırmalıdırlar. Liderlər bu dərin və struktur dəyişikliklərə uyğunlaşmaq və onlardan tam yararlanmaq üçün yeni liderlik alətləri ilə təchiz olunmalıdırlar.

Aygün Əhmədova bildirir ki, "Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması" mövzusunda panel müzakirədə avtomobil sənayesinin liderləri, siyasətçilər və ekspertlər elektrikli avtomobillərin təchizat zəncirlərinin optimallaşdırılması və davamlılığının təmin edilməsi məsələlərini müzakirə ediblər. Elektrikli avtomobil bazarının sürətlə genişlənməsi ilə əlaqədar olaraq təchizat zəncirlərinin dayanıqlılığı və şəffaflığı daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Xüsusilə, batareya istehsalı üçün vacib olan xammalın, məsələn, litium və kobaltın etibarlı və etik mənbələrdən təmin edilməsi zərurəti vurğulanıb. Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması, həm də karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

Süni intellekt, kvant hesablaması, biotexnologiya, robototexnika və avtomatlaşdırma və digər sahələrdə irəliləyişlər çoxsaylı imkanlar təqdim etsə də, yeni texnologiyalar enerji tələbatını artırır. Sektorun elektrik enerjisinə tələbatı 2026-cı ildə 1000 teravat saata (TWh) çata bilər, halbuki bu gün bu rəqəm 460 TWh-dır.

İİTKM-in baş məsləhətçisi bildirir ki, "İntellektual əsrdə sənayelər: Kriptovalyuta yol ayrıcında" panelində rəqəmsal aktivlər üçün perspektivlər və siyasət dəyişikliklərinin maliyyə sisteminə təsiri müzakirə olunub. Rəqəmsal aktivlərin, kriptovalyutaların qlobal maliyyə sisteminə sürətli, ucuz və səmərəli təsiri vurğulanıb. Qeyd olunub ki, kriptovalyutalar və blokçeyn texnologiyası bank xidmətlərinə çıxışı olmayan insanlar üçün əlverişli fürsətlər yaradır. İnsanlar öz maliyyə vəsaitlərini daha sərbəst idarə edə və müxtəlif iqtisadi imkanlardan yararlana bilirlər. Bu perspektiv texnologiyanın maliyyə sahəsində imkanlarını genişləndirsə də, dövlətlərin və maliyyə qurumlarının dəyişikliklərə reaksiyası müzakirə mövzusudur.

Aygün Əhmədovanın fikrincə, süni intellekt yalnız texnoloji bir alət deyil, həm də cəmiyyətlər, sənayelər və hökumətlər üçün strateji mexanizmlərin müəyyən olunmasında mühüm rol oynayır. Bu istiqamətdə fəaliyyətdə DİF öz tərəfdaşları vasitəsilə daha böyük təsirə nail olmaq üçün dövlət və özəl sektorun səylərini birləşdirir.

İİTKM-in baş məsləhətçisi Azərbaycanın Dünya İqtisadi Forumu ilə əlaqələrinin qlobal əməkdaşlıqlar baxımından əhəmiyyət kəsb etdiyini bildirir. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif sektorlarında Sİ-nin tətbiqi həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də qlobal rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər. DİF-in Süni İntellekt İdarəetmə Alyansı və onun “Süni intellektlə sənayelərin transformasiyası” (AI Transformation of Industries) təşəbbüsü Azərbaycan şirkətlərinə beynəlxalq təcrübələrdən faydalanmaq, yeni tərəfdaşlıqlar qurmaq və texnologiyanın iqtisadiyyata və cəmiyyətə müsbət təsirini artırmaq üçün əlverişli platforma təqdim edir. Bu təşəbbüs ölkənin innovasiya potensialını artırmaqla yanaşı, qlobal miqyasda öz mövqeyini möhkəmləndirmək üçün vacib addımdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025
Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

17-11-2024
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

02-06-2026
4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

02-06-2026
4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023
İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

25-04-2025
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026
4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026
Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

03-10-2024
Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

19-03-2025
Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

25-11-2025
4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025
Vüsal Qasımlı: "Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizliyin kəsişdiyi dövrdən keçir"

Vüsal Qasımlı: "Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizliyin kəsişdiyi dövrdən keçir"

19-11-2025
Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

05-01-2026
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025
Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025
DİF: “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir”

DİF: “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir”

30-01-2025
İİTKM və Dünya Bankı  təlimlərə başlayıb

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə