Previous Next
Bağla

“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

28-12-2015 14:17
“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

Məlumat verdiyimiz kimi, hazırda Rabitə və Yüksək Texnologiyalar  Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların nazirlikdə aşkara çıxarılan qüsurlar tam aradan qaldırılanadək davam etdirilməsi gözlənilir.

Azərbaycan internetində olan problemlərdən biri də “doğma provayderlər”  məsələsi olub. Belə ki, dövlət operatorları öz yanlarında həmişə bir neçə provayder saxlayaraq onlara digər  provayderlərə nisbətən daha üstün şərait yaradıblar.

Bu sektorda heç kim üçün sirr olmayıb ki, bir sıra provayderlər- CityNet, Superonline, DataPlus, Megatelecom birbaşa dövlət operatorlarına bağlı olub. Yəni, onlardan dövlət provayderləri öz kommersiya  maraqları istifadə ediblər.

Xeberler.az oxucularına da maraqlıdır ki, nazirlik ətrafında baş verən hadisələrdən sonra , hazırda davam edən islahatlar dövründə  “doğma provayderlər” problemi həll olunacaqmı?

Artıq məlumat vermişdik ki, son dövrlərdə aparılan yoxlamalarda bu provayderlə bağlı da müəyyən məqamlar ortaya çıxıb. Belə ki, müşahidələr göstərir ki, “doğma provayderlər” yeni dəstək axtarır və ya digər provayderlərə birləşir.

Üstün şəraitdən bəhrələnən bu bu provayderlər daha çox fiber optik infrastruktur qura bilirlər və digərlərindən daha ucuz internet sata bilirlər. Hətta “doğma provayderlər” dövlət provayderindən daha ucuz qiymətə internet xidməti təklif edə bilir.
Əvvəllər də bu haqda məlumat vermişdik ki, “doğma provayderlər”in bəzilərinin  interneti Delta Telecom-dan almadığı , elə öz himəyadarlarından pulsuz alması haqqında şübhələr olub. Bunun müqabilində də həmin provayderlər interneti müəyyən qədər ucuz qiymətə istifadəçilərə təqdim edirdi.

Eyni zamanda son dövrlərdə məlum olub ki, dövlət provayderlərinin özləri də  ümumiyyətlə aldıqları internetin ödənişini uzun müddət etməyiblər. Bunun müqabilində də onların, bazarda fəaliyyət göstərən 4 dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu yaranıb.

Son günlərdə də məlumat verdik ki, artıq Delta Telecom həyəcan təbili çalır ki, provayderlər ödənişlərini etmədiyinə görə onun maliyyə vəziyyəti xeyli ağırlaşıb və hazırda xaricdən aldığı internetin pulunu ödəyə bilmir.  Bu da o deməkdir ki, Azərbaycan bu dəfə maliyyə problemi ilə bağlı internetsiz qala bilər.

Xeberler.az-ın  son vaxtlar əldə etdiyi məlumata görə, RYTN sektorunda aparılan yoxlamalar çərçivəsində  hazırda “doğma provayderlərə” qarşı maliyyə tələblərinin də irəli sürüləcəyi gözlənilir.

Belə ki, aparılan yoxlamalar nəticəsində “doğma provayderlərin ” dövlət vəsaiti hesabına  ciddi biznes qurduğu aşkarlanıb . Odur ki, bunun müqabilində onlara öz dövriyyələrinə uyğun aldıqları pulsuz internet trafiki müqabilində müəyyən ödənişlər edilməsi tələbi irəli sürüləcəyi ehtimal olunur.

Xeberler.az bu məsələni gündəmdə saxlayır və nəticəsi haqqında məlumat veriləcək.

Sevinc Çəltikova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Delta Telecom provayderləri məhkəməyə verəcək

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016
Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015
“Doğma provayderlər”in taleyi necə olacaq?

“Doğma provayderlər”in taleyi necə olacaq?

24-11-2015
Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010
 Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016
Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017
İntenet qiymətləri düşücəkmi???

İntenet qiymətləri düşücəkmi???

23-06-2011
«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009
Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016
Delta Telecomda nə baş verir?

Delta Telecomda nə baş verir?

21-04-2020
Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016
Azərbaycan internetində nə baş verib?

Azərbaycan internetində nə baş verib?

04-08-2016
Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

25-12-2015
 “Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016
Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020
VİDEO: Provayderlər müştərilərini aldada bilməyəcək - Yeni Xidmət

VİDEO: Provayderlər müştərilərini aldada bilməyəcək - Yeni Xidmət

06-03-2016
Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015
Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

01-06-2015
Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016
İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009
 “10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017
Provayderlər qiymətləri qaldırdı

Provayderlər qiymətləri qaldırdı

25-01-2016
BTRİB- in müəyyən etdiyi analoqu olmayan tariflər dəyişəcəkmi?

BTRİB- in müəyyən etdiyi analoqu olmayan tariflər dəyişəcəkmi?

20-11-2015
Azərbaycan İnternet Forumunun açıqlaması

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə