DİF: “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir”

30-01-2025 / 19:23

Dünya İqtisadi Forumunun (DİF) rəsmi səhifəsində “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən necə istifadə edir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycan süni intellekt texnologiyalarını enerji sektoruna inteqrasiya edərək səmərəliliyi və dayanıqlılığı artırmaq istiqamətində mühüm addımlar atır. Ölkə COP29 çərçivəsində aparılan müzakirələr fonunda bərpaolunan enerjidən istifadəni genişləndirmək və karbonsuzlaşma hədəflərinə nail olmaq üçün süni intellekt əsaslı həlləri tətbiq edir.

Xeberler.az bildirir ki, Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzi ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə həyata keçirdiyi "Enerjidə süni intellekt həlləri" təşəbbüsü çərçivəsində yerli tərəfdaşların iştirakı ilə enerji istehlakının optimallaşdırılması, infrastruktur üçün proqnozlaşdırılan texniki xidmətlərin təkmilləşdirilməsi və süni intellekt əsaslı enerji tələbinin proqnozlaşdırılması kimi qabaqcıl yanaşmalar yer alır. 

Qeyd edək ki, bu həll konseptlərinin həyata keçirilməsi məqsədilə Azərbaycanda pilot layihələrin icrasına başlanılıb. Layihələr çərçivəsində ağıllı sensorlar və prediktiv süni intellekt alqoritmlərinin tətbiqi ilə enerji istehlakına 30%-ə qədər qənaət edilməsi və karbon emissiyalarının 25-30% səviyyəsində azaldılması hədəflənir. Bundan əlavə, Azərbaycanın bərpaolunan enerji potensialından maksimum istifadə edərək qlobal yaşıl enerji tədarükçüsü kimi çıxış etməsi istiqamətində mühüm addımlar atılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə