Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsi məsələləri müzakirə edilib, dövlət-özəl dialoqunun vacibliyi vurğulanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyənin “Trendyol” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə rəqabət və istehlakçı hüquqlarının müdafiəsi mövzularında müzakirələr aparılıb. Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsinin önəmi, eyni zamanda, sahibkar-istehlakçı münasibətlərində istehlakçı məmnuniyyəti və institusional yönümlü davranışların əhəmiyyəti qeyd olunub.
Nümayəndə heyətinə, həmçinin Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə töhfə verəcək.
Aparılan müzakirələr zamanı tərəflər qanunvericiliyin təminatında dövlət-özəl dialoqunun vacibliyini vurğulayıblar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri