Previous Next
Bağla

Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq

23-07-2015 13:29
Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq

Cari ilin yekunları üzrə dünya mobil məlumat ötürmə trafikinin həcmi 2014-cu ilin göstəricisi ilə müqayisədə 59 faiz artaraq 52 milyon terabayta çatacaq.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gartner analitik şirkətinin proqnozundan belə məlum olub ki, sürətli artım mobil şəbəkələrdə 173 milyon terebaytın ötürüləcəyi 2018-ci ilədək davam edəcək.

“2018-ci ilədək dünyada mobil məlumat ötürmənin həcmi üç dəfədən çox artacaq. 2018-ci ildə yeni sürətli data qoşulmaların (3G/4G) həcmi sürətlə olmasa da, 2015-ci ildəki 3,8 milyarddan 5,1 milyardadək yüksələcək”, - Gartner-in tədqiqatlar üzrə direktoru Cessika Ekholm bildirib.

Analitiklər bildirib ki, operatorlar istifadəçilər ilə münasibətlərdə yanaşmaya yenidən baxmalıdır. Dünyada mobil videodan istifadə artır və şirkətlər tərəfindən tarif planlarına daxil edilən məlumatların həcminin çoxaldılması tələb olunur.  

C.Ekholmun sözlərinə görə, hazırda videoya baxmaq üçün data trafikdən istifadənin payı 50 faiz təşkil edir. 2018-ci ildə onun 60 faizədək artacağı gözlənilir. “Odur ki, provayderlərin istehlakçılara videoya baxmaq üçün ən yaxşı imkanlar təqdim edəcəyini gözləmək lazımdır”, - şirkətin tədqiqatlar üzrə direktoru qeyd edib.

O vurğulayıb ki, bunun üçün videonun və kontentin optimallaşdırılması texnologiyalarına ehtiyac duyulur. Onun sözlərinə görə, video trafik və ümumi məlumat ötürmə həcmini bölməklə bu xidmətlər üçün müxtəlif məhdudiyyətlərin müəyyənləşdirilməsi onların populyarlığını artıracaq və mobil operatorların mədaxilini çoxaldacaq.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İl ərzində mobil videonun həcmi 100 faiz yüksəlib

29-06-2015

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

Dünyanın ən böyük mobil telefon istehsalçıları kimlərdi?

03-12-2010

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

SİM kartların qlobal tədarük həcmi 5.4 milyarda çatacaq

22-12-2015

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Mobil trafikin həcmi 197 min petabayta çatacaq

20-05-2015

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

Smartfonların satış həcmi artıb

19-11-2015

2009-cu ildə mobil telefonların satış həcmi azalacaq – Gartner

26-11-2008

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017

Peyk xidmətlərinin ixracının həcmi açıqlandı

02-02-2019

Fərdi kompüterlərin satışı azalır

30-05-2015

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015

18 aydan sonra smartfon və planşetlərin satış həcmi PK-ları geridə qoyacaq

17-12-2010

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

“Mobil texnologiyalar bazarının həcmi artacaq”

10-10-2015

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə