Previous Next
Bağla

Mobil trafikin həcmi 197 min petabayta çatacaq

20-05-2015 10:14
Mobil trafikin həcmi 197 min petabayta çatacaq

“Juniper Research” şirkətinin proqnozuna görə, smartfonlar və planşetlərin generasiya etdiyi mobil trafikin ümumi həcmi 2019-cu ilədək 197 min petabayta yaxınlaşacaq ki, bu da “Blu-Ray” keyfiyyətində 10 milyard filmin sayına bərabərdir. Analitiklər bildirir ki, qeyd olunan trafik həcminin yalnız 41 faizi mobil rabitə xətləri vasitəsilə ötürüləcək, yükləmənin çox hissəsi "Wi-Fi” şəbəkələrinin payına düşəcək.

Xeberler RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, ekspertlərin proqnozuna görə, 2015-2019-cu illərdə smartfon və planşet istifadəçilərinin məlumat ötürülməsinin orta aylıq həcmi iki dəfə artacaq. Mobil qurğu sahibləri daha çox media kontent sərf edəcək ki, buna da yüksəksürətli “4G” şəbəkələrinin gələcək tətbiqi və yüksək təsvir ölçülü videoçarxların artan populyarlığı xidmət edəcək. 

Mütəxəssislər qeyd edir ki, şəbəkə trafikinin əsas hissəsi videonun payına düşür və bu nisbət daima artır. “Juniper Research”in qiymətləndirməsinə görə, 2014-2019-cu illərdə smartfonlara ötürülən videotrafikin həcmi səkkiz dəfə artacaq. Hazırda videonun dünya İP trafikinin həcmində payı 60 faizə yaxındır. İki-üç ildən sonra bir sıra inkişaf etmiş bazarlarda nisbətin 70 faizi ötəcəyi gözlənilir.

Tədqiqatda həmçinin qeyd olunur ki, ötən il Uzaq Şərq və Çin smartfonlar və planşetlərin generasiya etdiyi trafikin həcminə görə ilk dəfə Şimali Amerikanı geridə qoyub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

12-02-2016

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015

Wi-Fi bazarının həcmi iki dəfə artacaq

26-08-2015

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

Elektron pul kisələrinə tələbat 2 dəfə yüksələcək

08-07-2019

18 aydan sonra smartfon və planşetlərin satış həcmi PK-ları geridə qoyacaq

17-12-2010

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015

Dünyada rominq abunəçilərinin sayı 900 milyona çatacaq

28-01-2020

Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq

23-07-2015

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20-07-2017

2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

07-09-2018

2014-cü ildə fərdi kompüter bazarında planşetlərin bazar payı 50%-ə çatacaq

27-11-2013

Mobil telefonlarla reklam 10 dəfə artacaq

13-12-2010

Smartfonlar vasitəsilə İnternet trafikin həcmi səkkiz dəfə artacaq

01-06-2015

“Mobil texnologiyalar bazarının həcmi artacaq”

10-10-2015

İnternet dünyasında inhisarlaşma yaranıb

15-10-2009

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

Robot texnikası bazarının həcmi 135 milyard dollara yaxınlaşacaq

29-02-2016

5G istifadə edənlərin sayı 1 milyarda çatacaq

30-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə