Yaponiyanın “Kyocera” yüksəktexnologiyalı şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L” smartfonunu təqdim edib.
Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, qurğunun qalınlığı 5,3 mm təşkil edir, ölçüsü isə bank kartının ölçüsü ilə müqayisə edilə bilər. Sözügedən smartfonun çəkisi 47 qramdır.
Smartfon 2,8 düym diaqonallı ağ-qara displey, həmçinin 380 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, yeni model “LTE” texnologiyasını dəstəkləyir. Qurğuda kamera və proqramlar mağazası yoxdur, ancaq bu modelin sahibləri brauzer vasitəsilə internetə çıxa bilər.
1 ay ərzində bazara çıxarılacaq qurğunun qiyməti 284 dollar məbləğində qiymətləndirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri