Previous Next
Bağla

Dünyanın ən rəqəmsal olimpiadası başlayır-Detallar

08-02-2018 16:07
Dünyanın ən rəqəmsal olimpiadası başlayır-Detallar

Sabah Cənubi Koreyada ən rəqəmsal Qış Olimpiadası başlayır.

Xebeler.az xarici mediaya istinadən məlumat verir ki, sabah Qış Olimpiadasınına açılış mərasimi baş tutacaq. Fevralın 25-nə qədər davam edəcək tədbir İT infrastrukturu ilə tarixə düşəcək.

Belə ki, tədbirin təşkili üçün 2 milyard dollar xərclənib.

Ölkə turistlər və tamaşaçıları ilk növbədə texniki yeniliklərlə təəccübləndirməyi planlaşdırır.

Qeyd edilib ki, olimpiadanın keçiriləcəyi Pxençxan şəhərində sürücüsüz avtobuslar işləyəcək. Bu avtobusların daxilində şüşələrin əvəzinə böyük ekranlar quraşdırılıb. Pəncərədən mənzərəyə baxmaq mümkün olacaq. Lakin bu şüşələr faktiki olaraq, böyük planşetlərdir.

Sərnişin bu ekranlar vasitəsilə olduğu yeri dəqiqləşdirə, xəbərləri və ya yarışmanı izləyə bilər. Avtobusda hətta müxtəlif yeməklər sifariş etmək olar. Onlar dronlar vasitəsilə çatdırılacaq. Belə ki, avtobusun marşrutu boyunca xüsusi qəbul stansiyaları yerləşdirilib. Sərnişinlər oradan bağlamaları götürəcəklər.

Oyunlar zamanı yalnız insanlar deyil, robotlar da təhlükəsizliyi təmin edəcəklər. Cənubi Koreyanın ən yaxşı robotları HUBO humanoidləridir. Onlar pilləkənlə irəliləyə, avtomobili idarə edə, qapıları aça, həmçinin insanları səs və zahiri görünüşə görə tanıya bilirlər.

Koreyanın hər yerində virtual reallıq olacaq. Eyni zamanda 32 idman növü virtual reallıqda göstəriləcək. Evdə olan tamaşaçılar xüsusi eynək və ya şlemlər sayəsində olimpiada atmosferinə maksimum yüklənə biləcəklər. Daha bir virtual reallıq texnologiyası – “freeD” müxtəlif nöqtələrdə quraşdırılmış kameralar sayəsində istifadəçiyə bir məqama istənilən bucaqdan baxa bilmə imkanı verir. Bu texnologiyadan, əsasən, futbolda istifadə olunacaq.

Həmçinin koreya dilini bilməyənlər üçün dil baryerini məhv edəcək “GenieTalk” proqramı istifadəyə veriləcək. Koreya, ingilis, yapon, rus, ərəb və alman dillərini dəstəkləyən proqramın bazasında hər dildə 100-dən 800 minə qədər söz vardır.

Cənubi Koreyada keçiriləcək olimpiadada yüksəksürətli İnternet əlçatan olacaq. Belə ki, ölkənin əsas provayderi KT Corporation 5G texnologiyasını sınaqdan keçirir. Bu, LTE-dən min dəfə daha sürətlidir. Məhz yüksəksürətli İnternet VR-translyasiyaların və idman yarışlarının yüksək dəqiqliklə nümayişini təşkil etməyə imkan verəcək.

Onu da bildirək ki, bu il Qış Olimpiadasının kibertəhlükəsizlik və digər İT məsələlərinin həyata keçirilməsində Atos Türkiye şirkəti də iştirak edir.

Şirkətin CEO-su Cüneyt Uslu deyib ki, ilk dəfə bu Olimpiadada bütün texnoloji proseslər Bulud sistemində idarə ediləcək:

“2016-ci ildə Rio Olimpiadaları ilə Atos ilk dəfə bütün tədbirdə Bulud texnologiyasını tətbiq edib.  PyeongChang-da isə bunu daha da genişləndirdik. Bu oyunlarda ilk dəfə olaraq bütün fəaliyyətimizi Bulud- a keçirəcəyik və ən rəqəmsal Olimpiada təşkil edəcəyik”.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu texnoloji olimpiadanın təşkilinə 2 milyard dollar xərclənib

07-12-2017

Qış Olimpiadasının internet və televiziya sistemi dağıdıldı

12-02-2018

Virtual reallıq xarici dil öyrənməyə kömək edəcək

13-09-2017

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

10-06-2023

Bakıda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası öz işinə başlayacaq

02-12-2009

Süni intellekt Olimpiadada tapşırıqları həll edəcək

13-09-2019

Beynəlxalq İnformatika Olimpiadasına start verilib

05-08-2019

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016

“2021 Dünya Robot Olimpiadası”na seçmə mərhələsi üçün son qeydiyyat tarixi müəyyənləşib

26-05-2021

Virtual reallıq hiss olunacaq

29-07-2016

Toyota Tokio 2020 üçün robotlar hazırlayıb

25-07-2019

Ən sürətli dron təqdim edilib-Video

16-09-2016

Baxışla idarə olunan ilk virtual mağaza

19-05-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

Virtual reallıq kioskları istifadəyə verilib

25-12-2017

Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə

12-12-2019

Qış Olimpiya Oyunlarında baş verən kiberhadisələr-Araşdırma

13-03-2018

Google VR videolar üçün yeni kamera təqdim edib

26-04-2017

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018

Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

09-04-2020

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019

Virtual reallıq istifadəçilərinin sayı 250 milyonu ötəcək

11-08-2017

London Olimpiadası tarixin ən yüksək texnoloji tədbiri olacaq

10-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə