Previous Next
Bağla

Bu texnoloji olimpiadanın təşkilinə 2 milyard dollar xərclənib

07-12-2017 11:22
Bu texnoloji olimpiadanın təşkilinə 2 milyard dollar xərclənib

2018-ci ilin fevral ayında Cənubi Koreyada Qış Olimpiadası keçiriləcək.

Xebeler.az xarici mediaya istinadən məlumat verir ki, tədbirin təşkili üçün 2 milyard dollar xərclənib.

Ölkə turistlər və tamaşaçıları ilk növbədə texniki yeniliklərlə təəccübləndirməyi planlaşdırır.

Qeyd edilib ki, olimpiadanın keçiriləcəyi Pxençxan şəhərində sürücüsüz avtobuslar işləyəcək. Bu avtobusların daxilində şüşələrin əvəzinə böyük ekranlar quraşdırılıb. Pəncərədən mənzərəyə baxmaq mümkün olacaq. Lakin bu şüşələr faktiki olaraq, böyük planşetlərdir.

Sərnişin bu ekranlar vasitəsilə olduğu yeri dəqiqləşdirə, xəbərləri və ya yarışmanı izləyə bilər. Avtobusda hətta müxtəlif yeməklər sifariş etmək olar. Onlar dronlar vasitəsilə çatdırılacaq. Belə ki, avtobusun marşrutu boyunca xüsusi qəbul stansiyaları yerləşdirilib. Sərnişinlər oradan bağlamaları götürəcəklər.

Oyunlar zamanı yalnız insanlar deyil, robotlar da təhlükəsizliyi təmin edəcəklər. Cənubi Koreyanın ən yaxşı robotları HUBO humanoidləridir. Onlar pilləkənlə irəliləyə, avtomobili idarə edə, qapıları aça, həmçinin insanları səs və zahiri görünüşə görə tanıya bilirlər.

Koreyanın hər yerində virtual reallıq olacaq. Eyni zamanda 32 idman növü virtual reallıqda göstəriləcək. Evdə olan tamaşaçılar xüsusi eynək və ya şlemlər sayəsində olimpiada atmosferinə maksimum yüklənə biləcəklər. Daha bir virtual reallıq texnologiyası – “freeD” müxtəlif nöqtələrdə quraşdırılmış kameralar sayəsində istifadəçiyə bir məqama istənilən bucaqdan baxa bilmə imkanı verir. Bu texnologiyadan, əsasən, futbolda istifadə olunacaq.

Həmçinin koreya dilini bilməyənlər üçün dil baryerini məhv edəcək “GenieTalk” proqramı istifadəyə veriləcək. Koreya, ingilis, yapon, rus, ərəb və alman dillərini dəstəkləyən proqramın bazasında hər dildə 100-dən 800 minə qədər söz vardır.

Cənubi Koreyada keçiriləcək olimpiadada yüksəksürətli İnternet əlçatan olacaq. Belə ki, ölkənin əsas provayderi KT Corporation 5G texnologiyasını sınaqdan keçirir. Bu, LTE-dən min dəfə daha sürətlidir. Məhz yüksəksürətli İnternet VR-translyasiyaların və idman yarışlarının yüksək dəqiqliklə nümayişini təşkil etməyə imkan verəcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən rəqəmsal olimpiadası başlayır-Detallar

08-02-2018

Virtual reallıq xarici dil öyrənməyə kömək edəcək

13-09-2017

Virtual reallıq kioskları istifadəyə verilib

25-12-2017

Virtual reallıq hiss olunacaq

29-07-2016

Mobil oyunlara xərclənən vəsait açıqlanıb

07-11-2015

Ən sürətli dron təqdim edilib-Video

16-09-2016

Toyota Tokio 2020 üçün robotlar hazırlayıb

25-07-2019

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016

Baxışla idarə olunan ilk virtual mağaza

19-05-2016

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

10-06-2023

Virtual reallıq funksiyasına malik ilk kinoteatr

18-02-2017

Virtual reallıqda obyektlərin formasını hiss edən əlcək hazırlanıb

16-10-2018

Smartfon bazarında gələcəyin 10 texnologiyası bəlli olub

09-06-2016

Virtual reallıq istifadəçilərinin sayı 250 milyonu ötəcək

11-08-2017

“Robotlar şəhəri” yaradılacaq

13-07-2010

Robot-reportyor təqdim edilib

16-08-2017

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018

Avtomat müəllimə

05-01-2011

Cənubi Koreya Şimali Koreyanın İT mütəxəssislərinə sanksiyalar tətbiq edir

26-12-2024

OpenAI Cənubi Koreyada ofis açacaq

27-05-2025

Microsoft Office 2011 for Mac Oktyabr ayında istifadəyə veriləcək

23-08-2010

YouTube üçün virtual reallıq əlavəsi təqdim edilib

11-11-2016

Cənubi Koreya "Nuri" kosmik raketinin buraxılış tarixi açıqlanıb

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə