“Ölkənin İKT sektorundakı problemlər və onların həll edilmə metodları ilə bağlı nazirliyə təkliflər göndərmişik"
Məlumat verdiyimiz kimi, son dövrlərdə ölkənin İKT infrastrukturunda bir sıra ciddi dəyişikliklər baş verib. Sahə üzrə nazirlikdə və iri telekommunikasiya obyektlərində ciddi kadr dəyişiklikləri həyata keçirilib, proses indiyədək də davam edir.
Yeni rəhbərlik ciddi islahatların aparılacağı haqqında açıqlamalar verib.
Bununla belə son zamanlar bu sektorda bir durğunluq yaşanmaqdadır.
Eyni zamanda vətəndaşlar və elə ekspertlər də ölkədə internet xidmətlərinin keyfiyyətinin aşağı düşdüyünü bildirir.
Ekspertlər infrastrukturdan istifadə sahəsində və tariflərlə bağlı də müəyyən problemlərin yarandığını diqqətə çatdırır. Ümumiyyətlə, ekspertlər dəfələrlə məsələ qaldırıb ki, rabitə xidmətləri ilə bağlı hazırda tətbiq olunan tariflərin hər hansı əsaslandırılması yoxdur, bir sıra tariflər isə qeyri-qanuni olaraq tətbiq olunur.
Məlumat verdiyimiz kimi, hazırda BTRİB və Aztelekom dövlətə məxsus kabel-kanal sistemindən özəl provayderlərin və digər özəl telekommunikasiya qurumlarının, hətta dövlət qurumlarının istifadəsinə qadağa qoyub.
Həmçinin bölgələrdə dövlət provayderləri tərəfindən özəl provayderlərin sıxışdırlması haqqında da məlumatlar verilir.
Əlbəttə ki, bütün bunlar nəinki özəl provayderlərin fəaliyyətinə maneə olur, həmçinin ölkədə vətəndaşların keyfiyyətli internet xidmətindən istifadə hüququnu da məhdudlaşdırır.
Xeberler.az olaraq son vaxtlar olan hadisələrin özəl telekommunikasiya qurumlarının fəaliyyətinə təsiri ilə bağlı TransEvroKom şirkətinin baş direktoru Qismət İbrahimov ilə söhbət etdik.
Qeyd edək ki, TransEvroKom şirkəti Azərbaycanın telekommunikasiya sektorunda telefon, İnternet və ölkədaxili telekommunikasiya kanallarının təşkili üzrə rabitə xidmətləri göstərir.
TransEvroKom telekommunikasiya şirkəti 2015-ci ildə Bakı şəhərində keçirilmiş 1-ci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin məzil qərargahlarında 2013-2015-ci illərdə telefon və yüksək sürətli internet xidmətləri ilə təmin edilməsində yaxından iştirak edib.
Müsahibəni təqdim edirirk:
-Qismət müəllim, müşahidə etdiyiniz kimi, son dövrlər Bakıda və regionlarında telekommunikasiya sahəsində bir durğunluq hökm sürür. TransEvroKom şirkətində vəziyyət necədir?
-Son dövrlər Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturlarında müəyyən islahatlar aparılır, yeni gənc kadrlar işə cəlb olunub. Təbii ki, bu sahədə son on illər ərzində yaranmış, yığılıb -qalmış, həll edilməmiş problemlərin bir ayın içində və ya bir ilin ərzində həll etmək elə də asan deyil.
- Bakıda və regionlarda göstərdiyiniz telekommunikasiya xidmətlərinin həcminin genişləndirilməsi istiqamətində hər hansı yenilik varmı?
-2016-cı ildə gözə çarpan yeni bir layihə həyata keçirə bilməmişik. Dövlət müəssisələri tərəfindən rabitə vasitələrinin icarəyə götürülməsində yaradılan problemlərə baxmayaraq xidmət keyfiyyətimizi saxlamağa çalışırıq. Bir sıra yeni salınan yaşayış komplekslərində telekom xidmətləri təşkil etmişik.
Uzun illərdir ki, ölkəmizdə İKT-nin inkşafını, TransEvroKom-un timsalında digər özəl telekom müəssisələrin xidmət həcminin, genişləndirilməsini əngəlləyən və həll edilməyən problemlər var. Bu problemlər və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə təqdim etmişik.
-Qismət müəllim, internet qiymətləri niyə bu qədər yüksəkdir? Həm də provayderlər abunəçilərə ödədiyi tarifə uyğun internet xidməti təqdim etmir. Necə deyərlər, hələ də opeartorlar abunəçiləri çəkidə aldatmaqda davam edirlər.
- Xeyr, bu qaldırdığınız problemləri bütün provayderlərə şamil etmək düzgün deyil.
Baxın, son 10 ildə ölkəmizin beynəlxalq internet kanallarının tutumu 25 dəfə artırılaraq 400 Gbit/s-yə çatdırılıb. İnternet qiymətlərində son 10 ildə dəfələrlə ucuzlaşma gedib. ATS-lərdə genişzolaqlı internet xidmətlərinin(ADSL) təşkili üçün istifadə olunan abunəçi telefon xətləri və digər vasitələr özəl provayderlər tərəfindən BTRİB-dən və ya Aztelekom MMC-dən icarəyə götürülür.
İnternet kanalının sürəti də məhz bu xətlərin keyfiyyətindən birbaşa asılıdır. Hansı istiqamətdə BTRİB-ə məxsus kabel və abunəçi mis telefon xətlərinin texniki parametrləri normalara uyğundur, o istiqamətdə internetin sürəti də öz parametrlərinə uyğun olur.
Son 10 ildə də mis kabellər yerləşən yeraltı kabel kanalizasiya quyuları Bakının yağış -sularının içində fəaliyyət göstərir. Belə olan halda abunəçiyə ayrılan 8Mb/s internet kanalının sürətinin 2Mb/s-dək aşağı düşməsi gözləniləndir.
Bu problemləri isə provayderlər istəsələr belə, həll edə bilməzlər. Məşhur “çəkidə aldatma” kəlamı da bu səbəbdən yaranıb.
O ki qaldı internet niyə bahadır sualınıza. Bu, internet xidmətlərini təşkili üçün dövlət müəssəsilərindən icarə edilən rabitə vasitələrinin icarə qiymətlərinin baha olması ilə əlaqəlidir.
- İcarə götürdüyünüz rabitə vasitələri hansılardır? Son 10 ildə onların tariflərində dəyişiklik olubmu?
- Qeyd etdiyim kimi, son 10 ildə ölkəmizin beynəlxalq internet kanallarının tutumu xeyli artıb. İnternet qiymətlərində son 10 ildə dəfələrlə ucuzlaşma qeydə alınıb. Bütün özəl provayderlərin internet xidmətlərinin təşkil etmək üçün dövlət müəssisələrindən (Aztelekom və BTRİB-dən) icarə olunan rabitə vasitələrinin aylıq icarə haqları son 5-6 il, hətta bəzi vasitələr üzrə son 10 il ərzində dəyişməyib. Onların icarə qiymətləri də ucuzlaşmayıb.
Tariflər RYTN-in BTRİB və Aztelekom qurumları tərəfindən hər hansı texniki-iqtisadi əsaslandırma aparılmadan müəyyən edilib. Son dövrlərdə tariflərlə bağlı məsələ daha da aktuallaşıb. İnternet xidmətinin keyfiyyət səviyyəsinin daha da artırılması, internet xidməti tariflərinin daha da ucuzlaşmasına zəmin yaratmaq, internet xidmətinin təşkili üçün cəkilən xərclərin azaldılması və nəticədə xidmətin maya dəyərinin azaldılması məqsədilə RYTN-nə təkliflər göndərmişik. Bu təkliflərdə indiyədək tətbiq olunan traiflərin də qeyri-qanuniliyini göstərmişik:
N |
İnternet xidmətinin təşkili üçün BTRİB-dən və Aztelekom-dan icarə edilən rabitə vasi- tələri |
Mövcud aylıq icarə qiyməti |
Təklif edilən aylıq icarə haqqı |
Tarif Şura- sında təsdiq |
1 |
ATS-də rabitə şkafı üçün 1 m2 sahə |
210 manat/ay |
100 manat/ay |
edilməyib |
1.1 |
Hər rabitə şkafında yerləşdirilən avadanlıq- lar üçün elektrik enerji haqqı |
40 manat/ay |
Avadanlığın makimal gücü və sərfi nəzərə alınsın |
edilməyib |
2 |
Optik kabel lifləri-1 km uzunluğa görə |
60 manat/ay |
30 manat/ay |
edilməyib |
2.1 |
4 km dən yuxarı olan hər bir km üçün |
10 manat/ay |
5manat/ay |
edilməyib |
3 |
Kabel-kanalizasiya qurğularından istifadə- yə görə 1km optik kabelin saxlanmasına: |
|
|
|
3.1 |
4 lifdən-12 lifədək optik kabelin saxlanması |
100 manat/ay |
50 manat/ay |
edilməyib |
3.2 |
12 lifdən-24 lifədək optik kabelin saxlanması |
117 manat/ay |
60 manat/ay |
edilməyib |
3.3 |
24 lifdən yuxarı optik kabelin saxlanması |
133 manat/ay |
70 manat/ay |
edilməyib |
4 |
Kabel-kanalizasiya qurğularında saxlanılan optik kabellərin hər km-i üçün əlavə texniki xidmət haqqı |
40 manat/ay |
Ləgv edilsin (təkrarlanır) |
edilməyib |
5 |
İnternetə qoşulan hər bir telefon nömrəsinə görə aylıq istifadə haqqı |
2 manat/ay |
1 manat/ay |
edilməyib |
İnternet xidməti göstərilməsində sağlam rəqabət mühitinin gücləndirilməsi məqsədilə cədvəldə qeyd edilən icarə qiymətlərinin tək özəl internet şirkətlərinə deyil, eyni zamanda - Bakinternet, Aztelekomnet, Azdatakom və digər dövlət provayderlərinə də şamil olunması təklif oluub.
-Telefon xidməti göstərən rabitə müəssisələrinin telefon xidmətindən əldə etdiyi aylıq gəlirlər son illərdə kəskin şəkildə azalmaqda davam edir. Bu, nə ilə bağlıdır?
-Burada müxtəlif səbəblər var. Ən əsası isə odur ki, bu gün ölkəmizdə internet xidmətləri əhalinin artan təlabatına uyğun olaraq dinamik inkşaf edir. Bakı şəhəri ilə yanaşı regionlarında da optik şəbəkə üzərindən internet xidmətləri geniş təşkil edilib. Faktiki olaraq hər sabit telefon abunəçisi orta sürətlə internet şəbəkəsinə qoşulmaqla internet üzərindən beynəlxalq, şəhərlərarası telefon rabitə xidmətlərindən də pulsuz istifadə imkanı əldə edir.
Trafik təhlillərı göstərir ki, hazırda ölkə əhalisinin, yalnız 20-25 faizi, öz ev və ya ofis telefonlarından istifadə edərək, beynəlxalq, şəhərlərarası və mobil istiqamətlərinə zənglər edirlər. Mobil telefon operatorları göstərdikləri 3G xidməti vasitəsilə, mobil telefonla yanaşı, müxtəlif danışıq texnologiyalarını (WhatsApp, Skype, Viber, Facebook və s.) tətbiq edir.
Nəticədə son 5 ildə sabit telefon şəbəkəsi operatorları kimi TransEvrokom-un da beynəlxalq, şəhərlərarası və sabit-mobil istiqamətində mövcud olan telefon danışıqlardan əldə etdiyi gəlirlərinin həcmində 50% -60% azalma qeydə alınıb. Eyni zamanda, son 10 il ərzidə Sabit telefon şəbəkəsindən mobil telefon şəbəkəsinə olan 1 dəqiqə telefon danışıq tarifi (0.29 manat/dəq) dəyişməz olaraq qalır. Amma əks isiqamətə ötürülən danışıq tarifi mobil operatorlar tərəfindən 0.10 manat/dəq müəyyən edilib yəni, 3 dəfə ucuzdur. Bu fərq də balansın pozulmasına gətirib çıxarır.
Uzun müddətdir ki, bu tariflərin qalması Mobil operatorlara şəbəkədaxili telefon danışıqlar üzrə manevrlər etməyə, korporativ şirkətlərə, iri dövlət müəssisələrinə 0.05-0.10 manat/dəqiqə ilə bir-başa trafik mübadiləsi təşkil etməyə, sabit telefon operatorunun bu qiymət fərqi üzündən itirdiyi gəlirlərin mobil operatorlara axmasına şərait yaradıb. Halbuki, bu gəlirlər sabit telefon operatorlarının düzgün aparılmayan tarif siyasəti nəticəsində itirdikləri gəlirlərdir.
-Bu qeyd etdiyiniz fakt Bakcell, Azercell və Azərfon operatorlarının hər birisinə aiddir? Bu fəaliyyəti qeyri-qanuni hesab etmək olarmı ?
- Bakcell mobil telefon operatoru öz telefon stansiyaları ilə çoxsaylı sabit şəhər telefon nömrələri təqdim edilmiş iri dövlət və özəl müəssisələrinin daxili ATS-lərinə birbaşa arabağlantıları yaradıb.
Bu operator sabit telefon operatorunun abunəçilərinin telefon trafikini öz şəbəkəsinə birbaşa ötürülməsini təşkil edib.
Bu formada mübadilə olunan telefon danışıqları RYTN-in Məlumat Hesablama Mərkəzində qeydiyyata düşmədən həyata keçirilir və nəticədə TransEvroKom-a (o cümlədən dövlət telefon operatorlarına) küllü miqdarda ziyan vurulması davam edir.
Bu problemlərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi üçün RYTN-ə aşağıdakı təklifləri göndərmişik:
-Sabit telefon şəbəkəsindən mobil telefon şəbəkəsinə olan 1 dəqiqə telefon danışığı tarifinin (0.29 manat/dəq) azaltmaq və 0.10-0.12 man/dəq müəyyən etmək;
- Mobil operatorların yuxarıda qeyd edilən qeyri-qanuni fəaliyyətlərinin dayandırması və əks halda nazirlik tərəfindən həmin şirkətlərə məhdudiyyətlər qoyulacağı və onlara verilmiş lisenziyaların ləğv olunması haqda xəbərdarlıqlar etmək.
-Telefon xidmətlərinin təşkil edilməsi üçün özəl telefon operatorlarına dövlət müəssisələri tərəfindən icarəyə verilən rabitə vasitələrinin son 10 ildə azaldılmayan icarə haqlarını azaltmaq;
- Bəzi İSP-lərdən aldığımız məlumatlara əsasən, artıq BTRİB-ə məxsus yeraltı kabel kanalizasiya quyularında yeni kabel çəkilişinə icazə verilməsi dayandırılıb. Bu hadisə sizin şirkətin fəaliyyətinə necə təsir göstərəcək?
-Etiraf edim ki, belə məhdudiyyətlər bizim şirkət üçün yeni bir hadisə deyil. TransEvrokom tərəfindən Bakı şəhərində BTRİB-in nəzarətində olan yeraltı kabel kanalizasiya quyularından və borularından keçməklə hər hansı bir yeni ünvana fiber optik kabel çəkməsi üzrə son 2013-2015-ci iilər ərzində çoxsaylı müraciət etmişik.
Qarşı tərəf isə kabel borularında texniki imkan olmaması bəhanəsini gətirib. Cavab verildikdən bir müddət sonra kabel çəkilişi üçün müraciət etdiyimiz həmin ünvana BTRİB-dən və ya digər “xüsusi statuslu” provayderlər tərəfindən fiber optik kabelin çəkilişi aparıldığını müşahidə etmişik.
Hazırda Bakı şəhərində mövcud kabel kanalizasiya quyuları bəzi istiqamətlərdə tam dolub. Qazıntı işləri aparmaqla yeni yeraltı kabel kanalizasiya marşurutlarınin çəkilməsi də indi qeyri- mümkündür.
- Bəs bu problem necə aradan qaldırılmalıdır ? Bununla bağlı hansı təklifləri irəli sürmüsünüz ?
-Əlbəttə problemin qısa zamanda həlli vacibdir. Bunları nəzərə alaraq RYTN-ə aşağdakı tədbirlərin görülməsi üçün də bir sıra təkliflər göndərmişik:
-Bakı şəhər yeraltı kabel kanalizasiya qurğularının BTRİB-n sərəncamından çıxarılaraq, nazirliyin tabeliyində fəaliyyət göstərən digər tənzimləyici qurumun tabeliyinə verilməsi məsəsləsinə baxılması;
-Tələb olunan istiqamətdə kabel çəkilişi mümükün olmadıqda həmin istiqamətdəki optik kabel magistrallarında istifadə olunmayan optik liflərdən müvafiq icarə qiymətləri əsasında liflərin icarəyə verilməsini təşkil etmək;
- Liflərin icarə verilməsi mümkün olmadığı halda, həmin istiqamətdəki lifləri optimallaşdırmaqla kanal təşkil edilməklə istiafdəsini təmin etmək.
-Ethernet data kanalları üçün mövcud olan tariflərin 50%-60% azaltmaq və s.
- Son zamanlarda manatın məzənnəsinin aşağı düşməsini və İKT avadanlıqların alınmasında və ölkəyə gətirilməsində mövcud olan çətinlikləri də nəzərə alsaq özəl provayder və telefon opeartorlarının perspektiv vəziyyətini necə yaxşılaşdırmaq olar?
-Orta hesablamalara görə hər il Çin, İndoneziya, Tayvan, ABŞ, İsrail, Rusiya, Qazaxstan, və Avropa ölkələrdən 2,5 milyon ABŞ dolları məbləğində telekommunikasiya avadanlıqları, hissələri və vasitələri idxal edilir. Artıq bir sıra post-sovet ölkələrində(Rusiya, Qazaxstan, Gürcüstan, Belarusiya və s) bu avadanlıqların birgə istehsalını təşkil edilib. Bu işlərin ölkəmizdə də qurulmasının yeni iş yerlərinin yaradılmasına, İKT sektorunun inkşafına, valyuta ilə idxal olunan telekom avadanlıqlarının yerli istehsal hesabına təmin olunmasına, ölkəyə xarici investisiyanin cəlb edilməsinə kömək edəcəyini nəzərə alaraq bir sıra təkliflər irəli sürmüşük
Belə ki, telekommunikasiya xidmətlərinin təşkilində geniş istifadə olunan, xaricdən valyuta ilə alınan bir sıra telekom avadanlıqlarının, köməkçi vasitələrinin (Optik modullar, Optik media konvertorları, GPON avadanlıqlarında istifadə olunan abunəçi terminalları ,Optik Patckortlar, Optik Muftalar.,Optik Patcpanellər, modemlər və s.) Azərbaycanda bu sahədə inkşaf etmiş xaricı istehsalçı şirkətlərlə birgə istehsalının qurulmasını təklif etmişik.
- Qismət müəllim, ətraflı müsahibəyə və bir çox məsələlərə aydınlıq gətirdiyinizə görə təşəkkür edirik
- Sağ olun !
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri