“10 minə yaxın abunəçiyə rabitə və internet xidməti göstəririk” - Müsahibə

27-08-2015 / 16:13

Azərbaycanın telekommunikasiya sektorunda telefon, İnternet və ölkədaxili telekommunikasiya kanallarının təşkili üzrə rabitə xidmətləri  göstərən TransEvroKom telekommunikasiya  şirkəti Bakı şəhərində keçirilmiş İlk Avropa Oyunlarının  telefon və yüksək sürətli internet xidmətləri ilə  təmin edilməsində yaxından iştirak edib.

Xeberler.az şirkətin fəaliyyəti, xidmətləri ilə bağlı TransEvroKom  şirkətinin baş direktoru Qismət İbrahimov ilə  söhbət edib.

Müsahibəni təqdim edirik:

-Qismət müəllim, şirkətiniz nə vaxtdan fəaliyyət göstərir və  hansı rabitə xidmətləri təklif edirsiniz?

-TransEvroKom telekommunikasiya  şirkəti 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyalar əsasında (Lisenziya №065578-məftilli telefon rabitə xidməti və  Lisenziya №065639 telekommunikasiya kanallarının təşkili rabitə xidməti) fəaliyyət göstərir. 

Şirkət Bakı şəhəri ilə yanaşı  Biləcəri, Ələt qəsəbələrində, Respublikamızın Hacıqabul, Yevlax, Gəncə, Ağstafa şəhər mərkəzlərində abunəçilərə  telefon, internet  və ölkədaxili telekommunikasiya  kanallarının təşkili üzrə rabitə xidmətləri göstərir..

Hazırda bütün Respublika üzrə o cümlədən, Bakı şəhərində, Biləcəri və Ələt qəsəbələrində 499/599 saylı və Respublikanın yuxarıda qeyd edilən şəhər mərkəzlərində 428 saylı  telefon ATS-ləri vasitəsilə 10 minə yaxın abunəçiyə telefon rabitə xidmətləri və müraciət  edən abunəçilərə genişzolaqlı İnternet(ADSL) xidmətləri göstərilir.    

- Xidmət göstərdiyiniz müştərilə­rin dairəsinə “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə və müəssisələri ilə yanaşı yerli və xarici şirkətlər də daxildirmi?

-Müəssisəmizin telekommunikasiya sahəsində reallaşdırdığı ilk layihələr Azərbaycan Dəmir Yolları QSC ilə bu sahədə birgə əməkdaşlığı sayəsində mümkün olub.  2006-cı ildən başlayaraq, Bakı şəhərində, Biləcəri, Ələt qəsəbələrində və Hacıqabul, Yevlax, Gəncə, Ağstafa şəhər mərkəzlərində, Dəmir Yolunun daxili telefon rabitəsinin təşkili üçün istismar  etdiyi ATS-lərində TransEvroKom  tərəfindən rəqəmsal kommutasiya avadanlıqları və  yeni proqram təminatını quraşdırmaqla həmin ATS-lərin abunəçilərini mobil telefon operatorları ilə yanaşı Bakı və Respublikanın ümumi istifadəli telefon şəbəkələrinə qoşulması  təmin edilib. Bununla yanaşı, dəmir yolunun sərnişin qatarlarına biletlərin Onlayn rejimində satışının təşkil edilməsi məqsədi ilə Bakı şəhərində və regionlarında fəaliyyət göstərən bir sıra dəmiryolu bilet kassaları rəqəmsal rabitə kanalları və internet resursları ilə təmin edilib.

Hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra xarici şirkətlərə, özəl banklara, xarici neft-qaz şirkətlərinə, onların ölkəmizdə fəaliyyət göstərən yerli subkontraktor şirkətlərinə, 599 indeksi ATS-i vasitəsi ilə telefon, genişzolaqlı internet(ADSL), müəssisəmizə məxsus fiber optik kabel xətləri vasitəsi ilə yüksək sürətli internet  və ölkədaxili korporativ telekommunikasiya kanalları təşkil edilib.

Bu məqsədlə, telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətinin təmin edilməsi məqsədilə, xidmət göstərdiyimiz bütün dövlət və qeyri-dövlət müəssisələrinin hər birinə şirkətin 599 sayli mərkəzi ATS-ndən bir-başa  fiber optik kabel xətləri çəkilib.

 - Məlum olduğu kimi, TransEvroKom Bakı şəhərində keçirilmiş 1-ci Avropa Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılmış Əməliyyat Komitəsinə (BAOƏK) iki il yarım ərzində telefon və yüksək sürətli internet xidmətlərinin göstərib. Bu məsuliyyətli iş haqda məlumat oxucularımız  üçün maraqlı olardı. Güman ki, bu prosesə xeyli hazırlıq işləri aparmısınız ?

- 1-ci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılmış Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) müraciəti əsasında 2013-cü ilin iyun ayından başlayaraq Təşkilat Komitəsinin  Heydər Əliyev prospekti  117 ünvanında yerləşən Atletlər kəndində və Bakı şəhəri Zərifə Əliyeva küçəsi 41 ünvanında yerləşən mənzil qərargahında 50 ədəd telefon nömrəsi və 599 saylı  mərkəzi  ATS-dən bu ünvanalra 2 müxtəlif alternativ marşurutlarla (komitənin tələbləri  əsasında) çəkdiyimiz  fiber optik kabellər  vasitəsilə 500 Mb/s  sürətli kanalla  İnternetə qoşulma  xidmətləri TransEvroKom telekommunikasiya şirkəti tərəfindən  təşkil edilmişdi.  

Avropa Oyunlara hazırlıq işlərinin getdiyi iki il yarım ərzində və Oyunlar zamanı hər iki qərargahda göstərdiyimiz telefon və yüksək sürətli internet xidmətlərinin dayanıqlılığı, etibarlılığı, fasiləsizliyi və digər keyfiyyət parametləri yüksək səviyyədə təmin edilib. 

Təbii ki, telekommunikasiya xidmətlərinin fasiləsiz, dayanıqlı göstərilməsində milli podratçı şirkət- EuroDesign QTSC  tərəfindən bu məqsədlə Atletlər kəndində, Baş qərargahda və Oyunların keçirildiyi məkanlarda müasir, etibarlı və yüksək keyfiyyətli rabitə-şəbəkə avadanlıqlarının quraşdırılmasının da böyük rolu olub.

Qeyd etmək istərdim ki, Bakı 2015 birinci Avropa Oyunlarına hazırlıq işlərinin aparıldığı iki il yarım müddətində müəssisəmiz tərəfindən Əməliyyat Komitəsinin bütün işçi heyətlərinin iş otaqlarında, ofislərində telefon və internet xidmətlərinin təşkil edilməsi üzrə müəssisəmizə etdiyi bütün müraciətlər operativ olaraq yüksək səviyyədə həll edilib.

Tam məmuniyyətlə deyə bilərəm ki, ölkəmizdə  keçirilmiş bu beynəlxalq mötəbər, tədbirinin yüksək səviyyədə təşkil edilməsində  bir kiçik rabitəçi  kollektivi olaraq iştirak etməyimizdən  qürur duyuruq.

-Oyulardan öncə və Oyunlar zamanı fəaliyyətinizdə hanısa çətinlikləriniz oldumu?  Kiber hücumlarla qarşılaşdınızmı, bunu  qarşısını necə ala bildinizmi?

 -Oyunlar keçirilən dövrlərdə tərəfimizdən telekommunikasiya xidmətlərin göstərilməsində heç bir dayanma və ya  FO kabel xətlərində qırılmalar, fasilələr baş verməmişdi.  Eyni zamanda, Oyunlar keçirilən dövrlərdə  göstərdiyimiz rabitə xidmətlərin fasiləsizliyinə və keyfiyyətinə 24 saatlıq daimi nəzarət məqsədlə texniki mühəndislərimizdən ibarət 24/7 rejimli növbətçilik təşkil edilib.

-Yaxın gələcəkdə şikətinizin əsas  hədəfləri hansılardır?

- Planlar çoxdur. Lakin imkan və şərait olduğu halda 2018-ci ilin sonuna kimi istismar etdiyimiz telefon və internet xidmətləri şəbəkələrinin əhatə dairəsinin genişləndirməsi,  fiber optik kabel xəttləri vasitəsilə göstərdiyimiz internet xidmətləri həcminin artırılması və hər bir isifadəçinin internet şəbəkəsinə ayrılmış optik xəttlə çıxışını təmin edilməsi planlaş­dırılıb. Həmçinin innovativ və rəqabətə davamlı telekommunikasiya xidmətlərinin göstərilməsi, elektron hö­kumət proqramı üzrə abunəçiləri la­zımi informasiya kommunikasiya texnologiyaları ilə təmin edilməsi nəzərdə tutulub.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə