Previous Next
Bağla

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

18-06-2025 15:05
Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Ədliyyə Nazirliyi tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib.

Xeberler.az bildirir ki, bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə - həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.

“Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür.

İstifadəçilər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və şəxsi kabinet yaradaraq tətbiqdən istifadə edə biləcəklər. 

Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri (əmlaka həbs, nəqliyyat vasitəsinə həbs, borclunun axtarışa verilməsi,  ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və s.) və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə biləcəklər.  

Yeni tətbiqin istifadəyə verilməsində məqsəd şəffaflıq və hesabatlılığın artırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, icra proseslərinə nəzarətin artırılması, həmçinin fiziki və hüquqi şəxslərə rəqəmsal həllərə əsaslanan operativ xidmətlərin təqdim edilməsidir.

Mobil tətbiq mərhələli şəkildə təkmilləşdiriləcək. Belə ki, tətbiqin növbəti versiyasında hüquqi şəxslər üçün arayışların elektron təqdim olunması, fiziki və hüquqi şəxslərin icra işlərinə dair ödənişlərinin onlayn şəkildə tətbiq vasitəsilə həyata keçirilməsi, ödəniş tarixçəsinə və qalıq borca nəzarət edilməsi funksionallıqları istifadəyə veriləcək.

“Mobil icra” tətbiqi “Elektron icra” informasiya sisteminin məlumat bazası üzərindən fəaliyyət göstərir. Qeyd edək ki, 2025-ci ilin birinci yarısında “Elektron icra” informasiya sistemi də təkmilləşdirilərək, yeni funksionallıqlar əlavə edilib, digər sistemlərlə inteqrasiyalar genişləndirilib, informasiya sisteminin avtomatlaşdırma səviyyəsi yüksəldilib. Bu təkmilləşdirmələr məhkəmə və digər orqanların qərarlarının icrasında səmərəliliyin və şəffaflığın artırılmasına şərait yaradıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17-02-2026

FHN-in mobil tətbiqi istifadəyə verilib

18-02-2026

Hərracın gedişini “Mobil icra” ilə izləmək mümkün olacaq

05-07-2025

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018

Nazir müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri həll edir

20-02-2026

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019

Elektron hökumət internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib.

25-04-2012

“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

13-06-2025

“AzPost Mobile” tətbiqi istifadəyə verilib

05-09-2024

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

“LegalAid” mobil tətbiqi vətəndaşların istifadəsinə verilib

10-08-2020

“Elektron Hökumət” portalının rəsmi mobil versiyası varmı ?

20-05-2015

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

“Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusunda onlayn müzakirə keçirilib

11-09-2020

Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb

23-09-2024

Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

21-01-2025

Nar+ ilə 5 hesabı birdən idarə etmək mümkündür

30-09-2019

Portalın Android versiyası istifadəyə verildi

05-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə