• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

TƏHLİL

  1. Ana səhifə
  2. TƏNZİMLƏMƏ
  3. TƏHLİL

“Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri niyə bloklayır?

12-10-2020 / 17:50

Son günlər “Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri bloklamağa başlayıb.

“Facebook”-da və digər qlobal resurslarda ikili standartlar varmı? Məhdudiyyət təbiq olunduqda və ya oluna bilərsə nə etməli?

Xeberler.az məlumat verir ki, bu barədə sualları "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavablayıb.

O qeyd edib ki, “Facebook” azərbaycandilli istifadəçilərin bloklanması ilə bağlı artıq özü də növbəti dəfə məlumat yayıb (598 profil, 7906 səhifə, 447 “İnstagram” profili):

"Yəni “Facebook” bunu gizlətmir. Məlumdur ki, “Facebook” sosial resursunun bəlli qaydaları var. Xüsusən də, aqressiya, nifrət və zorakalıqla bağlı, müəllif hüquqları ilə, saxta səhifələrlə bağlı, trollarla, kampaniya və ya koordinasiya olunmuş fəaliyyətlər müəyyən olunduqda və ya şikayətlər olduqda məhdudiyyətlər ola bilər.

Bununla belə, müşahidələr göstərir ki, “Facebook”-da azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edilir. Xüsusən də bu, son zamanlar müşahidə olunur. Ümumiyyətlə, son zamanlarda “Facebook” və bir sıra digər qlobal resurslarda şəffaflıq, inhisarçılıq, ikili standartlarla bağlı ciddi faktlar ortaya çıxıb. Bir neçə gün öncə ABŞ Konqresinin “Facebook”, “Amazon, “Twitter” və “Apple” ilə bağlı təxminən 500 səhifəlik bir hesabatı dərc olunub.

Bu hesabatın sonuna baxanda görmək olar ki, Konqres bu şirkətlərin hər birisinin bir neçə ayrı-ayrı qurumalara parçalanmasını təklif edib. Bu yaxınlarda bu məsələlər yenidən gündəmə gəlməlidir".

O.Gündüz deyib ki, məhdudiyyət artıq tətbiq edilibsə, indiki zamanda “Facebook”-la vuruşmağa, buna zaman sərf etməyə ehtiyac yoxdur:

"Biz bu pulsuz resurslardan sadəcə istifadə edirik. Məlumdur ki, “Facebook” elə ABŞ Prezidenti Trampın səhifəsinə də məhdudiyyət tətbiq edir. FB alqoritmlərində nöqtə-vergül məsələsi nəzərdə tutulmadığından ona da zaman ayırmağa dəyməz.

1. Sadəcə, bununla bağlı onlara etiraz bildirişi göndərin və B variantına keçin.

2. Dərhal yeni səhifə və ya profil açın, digər sosial media resurslarına yönəlin və onun populyarlaşması üçün dostlardan kömək istəyin.

Paylaşımların məzmunu ilə bağlı məhdudiyyəti qabaqcadan göz önünə alanlar yeni profilin açılmasını elə qabaqcadan etməsi faydalı olardı.

Populyar səhifə və profil sahiblərinin qabaqcadan ehtiyat variant görməsi faydalı olardı.

3. Beynəlxlaq informasiya cəbhəsi üçün “Twitter” daha faydalıdır. Populyar insanların əksəri, dünya ölkələrinin bütün rəsmi şəxsləri, tanınmışlar, vətəndaş cəmiyyətləri və informasiya cəmiyyətlərinin təmsilçiləri və s. bu platforma üzərindədir.

Ümumiyyətlə, qlobal sosial media resurslardakı ikili standartlardan dolayı hər bir istifadəçinin indiki anda bir neçə ictimai əhəmiyyətli sosial media resursunda aktiv olması məntiqli olardı.

4. Sosial media resurslarında məhdudiyyət əməliyyatları robotlar və süni intellekt əsasında araşdırılaraq tətbiq edilir. Odur ki, paylaşımlarınızda bu aralar çox diqqətli olun ki, robotlara “ilişməyə” (zorakalıqlar olan müxləif video və fotolar, şikayət oluna biləcək məlumatlar və s.) yer qoymayasınız.

5. Paylaşımlar edəndə isə qaydaları pozmamağa çalışın, hansısa kampaniya xarakterli fəaliyyət olarsa, çalışın orijinal kontent yaradın, özəl kontent yaratmaq problem olarsa, digər tvitləri retvit, repost və share edin, multimediadan və haştaqlardan istifadə edin".


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Facebook və Twitter yüzlərlə istifadəçinin profilini niyə silib ?

20-08-2019

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020

“Facebook” yeni profil sisteminə keçdi

06-12-2010

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021

Facebook saxta hesablarla bağlı xəbərdarlıq edəcək

23-03-2016

«Facebook» və «Google» «Twitter»i 10 milyard dollara alacaq?

10-02-2011

Facebook-un ictimai və biznes çəkisi azala bilərmi?

23-01-2018

Facebook Lite

20-08-2009

Facebook istifadəçiləri üçün xüsusi məzarlıq açır

29-10-2009

Twitter-dən daha bir yenilik

11-02-2016

Facebook hesabımızı necə qoruyaq?

30-03-2018

Facebook-da profil şəklinə video qoya biləcəksiniz

01-10-2015

FarmVille Twitter-i geridə qoydu

04-12-2009

Facebook-un yeni qaydaları- Məlumatları belə qoruyacaq

23-03-2018

Bakcell-də Facebook artıq pulsuzdur

08-07-2011



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

    09-05-2025
  • DİN: Bank kartlarından oğurluq halları davam edir

    09-05-2025
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər

    08-05-2025
  • "Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

    08-05-2025
  • “digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

    08-05-2025
  • Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

    08-05-2025
  • “Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

    08-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

    10-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.