Previous Next
Bağla

Ekspert: Riyaziyyat sualında növbəti texniki səhv – məsuliyyət, yoxsa sistem problemi?

02-06-2025 11:43
Ekspert: Riyaziyyat sualında növbəti texniki səhv – məsuliyyət, yoxsa sistem problemi?
"Dövlət İmtahan Mərkəzi ötən gün keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə 1 sualda texniki səhvə yol verildiyini açıqlayıb. Mərkəz bildirib ki, müvafiq sual düzgün cavablandırılmış kimi qəbul ediləcək".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, son illərdə demək olar ki, hər imtahan sessiyasında bənzər hallar yaşanır. Bir neçə gün öncə keçirilən imtahanlarda da Tarix fənni üzrə problemin olduğu bildirilirdi:
 
"Özüm şahidəm ki, DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən öncə də yoxlanılır.
 
Amma imtahan günü Bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır. Bu qədər yoxlamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür".
 
O bildirib ki, bu artıq texniki səhv yox, sistem probleminin, bəlkə də insan amilinin və ya məsuliyyət boşluğunun göstəricisidir:
 
"Kiçik bir məsələ kimi görünsə də, əslində abituriyentlər üçün, valideynləri üçün, onu yetişdirən müəllimlər və məktəb üçün ciddi problemdir.
 
Abituriyent bu cür problemli bir tapşırığa xeyli vaxt sərf etməli olur, stress keçirir və bu itirilmiş zaman və başağrısı da yekun nəticəyə təsir edir.
 
Yəni DİM-in sonradan bunu "texniki səhv" deyib sakitcə üstündən keçməsi doğru yanaşma deyil.
 
Əlbəttə əminəm ki, DİM bütün bu halları araşdırır. Təqsirkarları kənarlaşdırır və daha məsuliyyətliləri prosesə cəlb etməyə çalışır".
 
Bəlkə də artıq bu mərhələyə də, texnologiyaların, süni intellektin cəlb olunmasının vaxtı çatıb?
 
Ekspert qeyd edib ki, DİM-in yaxşı, peşəkar və təcrübəli İT komandası var. Qəbul ilə bağlı prosesləri nizamlayan, qiymətləndirməni həyata keçirən proqramları da özləri yazıblar:
 
"Belə olan halda düşünürəm ki, tapşırıqların texniki analizini, düzgünlüyünü və uyğunluğunu yoxlayan bir AI sisteminin tətbiqi həm şəffaflığı, həm də etibarı da artıra bilər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

24-02-2022

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022

Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019

Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

15-07-2019

Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019

Elektron sınaq imtahanları davam edir

30-03-2017

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

02-06-2023

Ekspert: DİM buraxılış imtahanların modelini nə üçün dəyişib ?

29-12-2020

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Test üsulu ləğv oluna bilərmi ?

25-08-2017

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə