Previous Next
Bağla

Dronların müxtəlif məqsədlər üçün istifadəsi beynəlxalq normalara uyğun deyil

04-12-2024 14:06
Dronların müxtəlif məqsədlər üçün istifadəsi beynəlxalq normalara uyğun deyil
"Dronlardan biznes və tədqiqat yönümlü istifadə sahəsində problemlər hələ də öz həllini tapmayıb".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, "Vətəndaş A" serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulub:
 
"Hələ də ölkəmizdə dronlardan müxtəlif məqsədlər üçün istifadə ilə bağlı məsələ beynəlxalq normalara uyğun formada öz həllini tapmayıb. İndiyədək də dron ölkəmizdə “mülki dövriyyəsi məhdudlaşdırılmış” əşyaların siyahısındadır və ölkəyə gətirilməsi qaydası da silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür".
 
Osman Gündüz qeyd edib ki, 5 il öncə Dövlət Mülki Aviasiya Agentliyi dronların qeydiyyatı və uçuşu ilə bağlı müvəqqəti prosedurlar müəyyən edib:
 
Mövcud qaydalara görə dronun qeydiyyatı üçün, yəni ölkəyə gətirilməsi üçün aşağıdakı qurumların rəyi tələb olunur :
 
Müdafiə Nazirliyi
Daxili İşlər Nazirliyi
Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Sərhəd Xidməti
Prezidentin Təhlükəsizlik Xidməti
 
Ekspertin sözlərinə görə, bu rəyləri alanlar dronun qeydiyyatı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinə müraciət etməlidir. Uçuş icazəsi üçün isə AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə müraciət edilməlidir:
 
"İndi təsəvvür edin ki, hansıa orta və ya ali məktəb, startap və ya biznes qurumu dronlardan istifadəyə əsaslanan hansısa tədqiqat, yaxud xidmət işi ortaya qoymaq istəyir. Təsəvvür etmək çətin deyil ki, onları hansı çətinliklər gözləyəcək. Bu Qaydaların pozulmasına görə qanunvericilikdə cinayət məsuliyyəti müəyyən edilib".
 
Osman Gündüz bildirib ki, dünyada, hətta qonşu ölkələrdə bu problem çoxdan həll edilib:
 
"Dronlar çəkisinə, uçuş hündürlüyünə, fəaliyyət məqsədlərinə uyğun olaraq tənzimlənib və normal qeydiyyat və uçuş qaydaları var".
 
Ekspert onu da qeyd edib ki, ötən il nazir Rəşad Nəbiyev Aviasiya haqqında qanunun qəbulundan sonra bu problemin həll olunacağını bildrimişdi:
 
"Görünən odur ki, hələlik həm biznes məqsədləri üçün, həm elm, təhsil və tədqiqat yönümlü, həm də əyləncə yönümlü dronlardan istifadə ilə bağlı ölkəmizdə problemlər hələ də öz həllini tapmayıb. Son zamanlar RİNN-in səlahiyyətləri xeyli genişlənib. Ümid edirəm nazirlik bu məsələni də nəzarətə götürüb normal bir qeydiyyat və uçuş mexanizmi ortaya qoya biləcək.
 
Düşünürəm ki qeydiyyat və uçuşa icazə proseduraları xeyli sadələşdirilməlidir. Bununla əlaqəli rəqəmsal bir platforma hazırlanmalıdır. Elektron qeydiyyat sistemi yaradılmalıdır. Rəqəmsal həllər yaradıla bilər ki hansı ərazilərdə uçuşa icazə verilir, hansı əraizlərdə verilmir".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır

17-03-2021

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019

Osman Gündüz: Dronlara məhdudiyyət yoxdurmu?

16-04-2019

Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

29-03-2016

Azərbaycanda dron problemi – Deputat isə razılaşmır

16-04-2019

Ölkələrdə dronlardan istifadə necə tənzimlənir?

02-04-2018

Azərbaycanda dronların qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb

14-06-2022

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021

"Teknofest" və sektordakı problemlər

24-05-2022

Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşacaqmı ?

19-07-2019

Dron istifadə etmək olarmı? – Açıqlama

04-10-2018

Osman Gündüz: "Ölkəyə dron gətirməyə icazə məsələsi həll edilməlidir"

27-01-2022

Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

13-07-2018

Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

13-09-2017

Türkiyədə qeydiyyatda olan dronların sayı açıqlandı

10-05-2016

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

Kaspersky dronlardan qorunmaq üçün ilk sistem inteqratoru hazırlayıb

07-02-2020

Türkiyənin keçirdiyi hərbi əməliyyatlar hər bir ölkənin texnoloji imkanlarını müəyyənləşdirib

02-03-2020

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

11-07-2025

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə