Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşım edərək İT sektorunda son vəziyyət və xarici şirkətlərin rolu ilə bağlı fikirlərini bölüşüb.
Xeberler.az məlumat verir ki, onun sözlərinə görə, Dövlət Vergi Xidməti tərəfindən açıqlanan ən çox vergi ödəyən 100 şirkətin siyahısında texnologiya sektorunun payının aşağı olması diqqət çəkir.
Ekspertin sözlərinə görə, əvvəlki illə müqayisədə İT şirkətlərin sayının azalması sektorda mövcud problemlərdən xəbər verir.
O.Gündüz bildirib ki, beynəlxalq EPAM Systems şirkəti Ermənistan və Özbəkistan kimi ölkələrdə ixracyönümlü fəaliyyət göstərərək iqtisadiyyata ciddi töhfə verir və ən böyük vergi ödəyiciləri sırasında yer alır:
"Azərbaycanda isə bu şirkətə dövlətə məxsus strateji platformalardan biri olan myGov sisteminin biznes yönümünün qurulması və dəstəklənməsi tapşırılıb. O vurğulayıb ki, bu yanaşma strateji məhsulların inkişafında xarici vendorların rolunun artmasına səbəb olur".
O.Gündüz qeyd edib ki, EPAM-ın ölkəyə cəlb olunması innovasiyaların inkişafı, ixrac imkanlarının genişlənməsi və mütəxəssis hazırlığı baxımından müsbət addım olsa da, şirkətin dövlət sifarişlərində geniş iştirak etməsi və strateji sistemlərə yaxın olması müəyyən suallar doğurur.
Ekspert əlavə edib ki, bu kimi yanaşmalar rəqəmsal suverenlik baxımından risklər yarada bilər və aidiyyəti qurumların bu məsələyə diqqət yetirməsi vacibdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları