Previous Next
Bağla

Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

24-02-2026 14:44
Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

Azərbaycanın qoşulduğu BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Sənəd daha əvvəl Hanoyda Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi səviyyəsində imzalanmışdı.

Xeberler.az bildirir ki, məsələ ilə bağlı Osman Gündüz öz sosial şəbəkə hesabında paylaşım edərək Konvensiyanın əhəmiyyətini və onun real təsir imkanlarını şərh edib.

Ekspert qeyd edib ki, Azərbaycan bu sənədin hazırlanmasında 2019-cu ildən etibarən fəal iştirak edib. DTX, XRİTDX, DİN və XİN nümayəndələrinin prosesə cəlb olunması ölkənin kiber sahədə mövqeyinin beynəlxalq səviyyədə nəzərə alındığını göstərir.

Onun sözlərinə görə, Konvensiyanın əsas məqsədi kibercinayətkarlıqla mübarizədə dövlətlərarası əməkdaşlığı gücləndirmək, elektron sübutların mübadiləsini sürətləndirmək və inkişaf etməkdə olan ölkələr üçün texniki dəstək mexanizmləri yaratmaqdır. Bu baxımdan sənəd 2001-ci ildə qəbul edilmiş Budapest Convention on Cybercrime ilə müqayisədə daha geniş coğrafiyanı əhatə edir və qlobal əməkdaşlıq platforması təqdim edir.

Ekspert hesab edir ki, Konvensiya xüsusilə bank fırıldaqları, fintex hücumları və transsərhəd çirkli pul dövriyyəsi ilə mübarizədə effektiv alət ola bilər. Lakin o, son günlər müzakirə olunan və Kapital Bank-a məxsus m10 elektron pul təşkilatında baş verdiyi iddia olunan insident kontekstində sənədin rolunu məhdud qiymətləndirir.

Osman Gündüzün fikrincə, belə hallarda Konvensiya daha çox sonradan sübutların toplanması və beynəlxalq istintaq prosesində faydalı ola bilər. Lakin risklərin sistem daxilində formalaşdığı hallarda onun birbaşa təsir imkanları məhdud qalır.

Ekspert həmçinin bank sektorunda, xüsusilə İT və data sahəsində xarici mütəxəssislərin iştirakına diqqət çəkərək bildirib ki, strateji sistemlərdə xarici təsirin yüksək olması əlavə risklər yaradır. Bu şəraitdə yalnız beynəlxalq sənədlərə güvənmək kifayət etmir.

Onun qənaətinə görə, əsas diqqət milli nəzarət mexanizmlərinin gücləndirilməsinə, kritik infrastrukturun qorunmasına, kadr təhlükəsizliyinə və rəqəmsal suverenliyin təmin edilməsinə yönəldilməlidir.

Ekspert vurğulayıb ki, əks halda belə Konvensiyalar mövcud risklərin qarşısını almaqda deyil, yalnız nəticələrinin araşdırılmasında rol oynaya bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

13-02-2026
Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir

Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir

11-02-2026
Prezident BMT-nin Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib

Prezident BMT-nin Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib

23-02-2026
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026
Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib

25-12-2024
Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

28-10-2025
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
Dövlət Xidmətinin nümayəndələri BMT Baş Assambleyasının sessiyasında iştirak edib

Dövlət Xidmətinin nümayəndələri BMT Baş Assambleyasının sessiyasında iştirak edib

13-02-2024
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
MM BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib

MM BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib

10-02-2026
Prezident "Kibercinayətkarlığa qarşı" Konvensiyanı təsdiqləyib

Prezident "Kibercinayətkarlığa qarşı" Konvensiyanı təsdiqləyib

23-02-2026
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026
Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

05-05-2026
Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

20-02-2025
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025
Osman Gündüz: Kart hesablarından vəsaitlərin silinməsi böyük ehtimalla sistem xətasıdır

Osman Gündüz: Kart hesablarından vəsaitlərin silinməsi böyük ehtimalla sistem xətasıdır

25-06-2026
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Kibercinayətkarlığa kim cavabdehdir?

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə